Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının üzv ölkələrinə yanaşması daha fərqli olmalıdır. Bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.
“Hesab edirik ki, Aİ ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır. Çünki fikrimcə, “Şərq tərəfdaşlığı” çox yayğın, rəsmi şəklə salınmamış coğrafi, siyasi və iqtisadi çərçivəyə malikdir”, - deyə o, bazar ertəsi jurnalistlərə bildirib.
Nazir müavininin sözlərinə görə, “Şərq tərəfdaşlığı”na üzv ölkələrin “müxtəlif başlanğıc mövqeləri, məqsədləri, imkanları, resursları var və buna görə bizi hansısa ümumi çərçivəyə salmaq o qədər də düzgün olmazdı”.
A.Əzimov vurğulayıb ki, Bakı Aİ-dən Azərbaycana bir tərəfdaş kimi daha əsaslı münasibət gözləyirdi. Belə əsaslı və uğurlu prosesə misal kimi o, enerji sahəsində strateji tərəfdaşlıq haqqında Azərbaycan və Aİ arasında imzalanmış Memorandumu göstərib: “Bir sahədə belə bir təcrübə var idisə, bu təcrübəni iqtisadiyyat, tranzit, nəqliyyat, mədəni-informasion məkan da daxil olmaqla, daha geniş sahəyə yaymaq olardı”, - deyə o bildirib.
Diplomat qeyd edib ki, Azərbaycan heç vaxt düşünülməmiş addım atmayıb və yaxud hansısa ümumi siyasi dəb çərçivəsində hansısa fəaliyyət həyata keçirməyib. Biz hər zaman bu və ya digər addımın nəticəsində konkret hansı effekti alacağımızı düşünərək addım atmışıq. Bu səbəbdən “Şərq tərəfdaşlığı” çərçivəsində məsələlərə münasibətimiz də imkanlarımız və gözləntilərimizə, o cümlədən Aİ ilə konkret olaraq nə yarada və ya nə əldə edə biləcəyimizə əsaslanır”, - deyə o bəyan edib.
Noyabrda Vilnüsdə keçiriləcək “Şərq tərəfdaşlığı” ölkələrinin sammitinə toxunan A.Əzimov məlumat verib ki, Azərbaycanın sammitdə təmsil olunma səviyyəsi barədə qərar “ən yüksək səviyyədə qəbul ediləcək”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət