Azərbaycanın baş prokuroru Zakir Qaralov Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlində təqsirləndirilən Orxan Zeynalovla əlaqədar Rusiya baş prokuroruna və İstintaq Komitəsinin sədrinə müraciət edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müraciətdə Orxan Zeynalov barəsində başlanmış cinayət işinin istintaqının cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılmasının təmin edilməsi xahiş olunur.
Z.Qaralov O.Zeynalova qarşı yol verilmiş hüquqazidd hərəkətləri qəti şəkildə pisləyərək, tutularkən onun təqsirsizlik prezumpsiyasının pozulması, həmçinin cinayət işinin istintaqının beynəlxalq konvensiyaların tələbləri gözlənilməklə hüquqi müstəvidə araşdırılması barədə Azərbaycan Respublikasının Moskvadakı səfirliyinin Rusiya tərəfinə edilmiş müraciətlərini həmkarlarına xatırladıb.
Baş prokuror Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında» Konvensiyası və «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının tələblərini, O.Zeynalova qarşı yol verilmiş qanunazidd hərəkətlərin həm Rusiyada, həm də Azərbaycanda ictimaiyyət arasında geniş rezonans doğurmasını rusiyalı həmkarı və Rusiya Federasiyası İstintaq Komitəsinin sədrinin diqqətinə çatdıraraq, müraciətində qanunun aliliyinin təmin edilməklə O.Zeynalovun hüquq və azadlıqlarının qorunmasını, onun vəkillə, tərcüməçi ilə təmin edilməsini, həmçinin gələcəkdə ona qarşı işgəncənin və ləyaqəti alçaldan rəftara yol verilməməsini və belə hərəkətlərin qarşısının alınmasını xüsusi vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət