Çərşənbə axşamı Milli Məclis qanunvericiliyə qanunsuz dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin parlamentin plenar iclasından verdiyi məlumata görə, Milli Məclisin deputatlarını Cinayət Məcəlləsinə təklif olunan düzəlişlərin mətni ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tanış edib.
Cinayət Məcəlləsinə qəbul olunan düzəlişlərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları, dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhumetmə cəzası tətbiq olunacaq.
Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə 7 min manatdan 9 min manatadək cərimə və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Milli Məclis 22 fevral 2013-cü il tarixində “Dini etiqad azadlığı haqqında” qanuna dini ədəbiyyat, audio və video materialların, dini məzmunlu məhsulların yayılmasına müəyyən məhdudiyyətlər qoyan düzəlişlər qəbul edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət