2013-cü il oktyabrın 1-nə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sığorta ehtiyatları 64,7 mln. manat təşkil edir. Bu barədə fondun məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə ADIF-in sığorta ehtiyatları 45,2 mln. manat təşkil edib. Beləliklə, 2013-cü ilin 9 ayı ərzində fondun ehtiyatları 43,1% artıb.
Fondun vəsaitlərindən 58 mln. manat dövlət qiymətli kağızlarında yerləşdirilib və illik orta gəlirlilik 4,4% təşkil edib. Fondun vəsaitlərindən daha 5 mln. avro Amaniyanın “Deutsche Asset Management International” şirkəti tərəfindən idarə olunur.
Fondun məlumatına görə, cari ilin üçüncü rübündə əhalinin əmanətləri 3,8% - 5,84 mlrd. manata qədər artıb.
2013-cü il oktyabrın əvvəlinə 3,87 mlrd. manat və ya əhalinin bank əmanətlərinin 66%-i qorunan, 1,97 mlrd. manat və ya 34% qorunmayan əmanətlərdir. Qorunan əmanətlərin ümumi həcmindən 59%-i manatın, 37%-i ABŞ dollarının, 4%-i avronun payına düşür.
Fondun iştirakçısı olan bankların sayı 42-dir.
Fondun üzvü olan banklar 5 mln. 306,497 min əmanətçiyə xidmət göstərir. Bu əmanətçilərdən 4 mln. 899,375 mini və ya 93%-i qorunan əmanətlərə malikdir.
2013-cü il oktyabrın 1-nə ADIF-in aktivləri 66,9 mln. manata bərabərdir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət