Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki 2015-ci ildə Bakıda birinci Avropa Olimpiya Oyunlarının uğurla keçiriləcəyinə əmindir.
“Avropa Oyunları böyük Olimpiya Oyunlarından fərqlənməli və onları təkrar etməməli olan möhtəşəm yarışdır”, - deyə P.Hikki çərşənbə axşamı Avropa Oyunları Koordinasiya Komitəsinin bir gün öncə keçirilən ikinci toplantısının yekunlarına dair mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ənənəvi idman növlərindən fərqli olaraq Avropa Oyunlarında hər komandadan üç oyunçu ilə basketbol, çimərlik futbolu, akrobatika kimi idman növləri üzrə yarışlar keçiriləcək.
P.Hikki Azərbaycan rəhbərliyinin tarixdə birinci Avropa Oyunlarının keçirilməsinə dəstəyini yüksək qiymətləndirib.
“Biz Azərbaycan və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevlə görüş keçirdik. O, Avropa Oyunlarını Azərbaycan üçün mühüm hadisə adlandırdı. Gimnastikaya sıx münasibəti olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu prosesdə fəal iştirakı da bizi sevindirir”, - deyə o bildirib.
P.Hikki Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə hazırlığın gedişindən məmnunluq ifadə edib.
Oyunların Koordinasiya Komissiyasının sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos son altı ay ərzində Oyunlara hazırlıq istiqamətində böyük irəliləyiş olduğunu qeyd edib.
“Biz əminik ki, Oyunlar uğurla keçiriləcək, hazırlıq tədbirləri vaxtında başa çatacaq”, - deyə o vurğulayıb. Bununla belə, S.Kapralos Avropa Oyunları ilə bağlı təşkilati işlərin sürətləndirilməsinin zəruriliyini qeyd edib.
“Birinci Avropa Oyunlarından çoxlu yeniliklər və yeni ideyalar gözləyirik. Bu Oyunlar təkcə Avropanın deyil, həm də Azərbaycanın uğuru olacaq”, - deyə Oyunların Koordinasiya Komissiyasının sədri vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov bəyan edib ki, birinci Avropa Oyunları nəzərdə tutulmuş vaxtda keçiriləcək və hazırlıq işləri müəyyən edilmiş müddətdə başa çatacaq.
“Qısa vaxt ərzində Oyunlara hazırlıq prosesində böyük irəliləyişlər var. Artıq bizdə Avropa Oyunlarının tam hazır modeli var. Bu möhtəşəm idman yarışları dünya idmanının inkişafında böyük rol oynayacaq”, - deyə A.Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, Oyunların başlanmasına təxminən 600 gün qalıb, onlara hazırlıq müəyyən olunmuş qrafikə uyğun olaraq aparılır və vaxtında başa çatacaq.
“Avropa Oyunlarına hazırlığa dair tədbirlər planına həmçinin təhlükəsizliyin təmin edilməsi, nəqliyyat problemlərinin həlli və bir çox digər məsələlər daxildir. Biz bütün idman komplekslərinin Oyunların keçirilməsinə tam hazır olması üçün hər şey edirik”, - deyə nazir qeyd edib.
A.Rəhimovun sözlərinə görə, bu gün Bakıda inşa olunan 65 min tamaşaçı üçün nəzərdə tutulmuş Olimpiya Futbol stadionu və idman üzgüçülük kompleksi 2015-ci il fevralın 1-dək istismara veriləcək.
Nazir qeyd edib ki, Oyunlarda 49 Avropa ölkəsindən idmançılar iştirak edəcək və 18 idman növü üzrə yarışacaqlar.
A.Rəhimov bildirib ki, bu ilin 21-23 noyabr tarixlərində Romada 2015-ci il birinci Avropa Oyunlarının böyük təqdimatı keçiriləcək.
“Həmçinin Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı xüsusi “Azərbaycan evi”nin açılışı olacaq. Burada bütün arzu edənlər 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları barədə məlumat əldə edə bilərlər”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, zamanla Oyunlara sponsorluqla əlaqədar məsələlər də öz həllini tapacaq.
“Biz bu Oyunların Azərbaycan üçün müsbət irs olmasını, ölkəmizdə və Avropada idmanın inkişafına müsbət təsir etməsini istəyirik”, - deyə A.Rəhimov bildirib.
Bakıda birinci Avropa Olimpiya Oyunları 2015-ci il 12-28 iyun tarixlərində keçiriləcək.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət