Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları üçün vergi güzəştlərinin müddətinin beş il uzadılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunub.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanuna düzəlişlərin kənddə əməyin məhsuldarlığının və ölkədə kənd təsərrüfatının inkişafının təmin edilməsi baxımından çox vacib olduğunu qeyd edib.
Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2014-2019-cu illərdə bütün növ vergi (torpaq vergisi istisna olmaqla) ödənişindən azaddırlar.
Qanuna düzəlişlərin 2014-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
İclasda çıxış edən Milli Məclisin Aqrar qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirib ki, 2001-ci ildən fermerlərə tətbiq olunan vergi güzəştləri nəticəsində 1,4 mlrd. manat vəsaitə qənaət etməyə imkan verib.
“Bu müddət ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi 1,2 mlrd. manatdan (2001-ci il) 4,8 mlrd. manatadək (2013-cü il) artıb”, - deyə o qeyd edib.
Ş.Kərimov əlavə edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergidən azad edilməsi quşçuluq və digər sahələrin inkişafına şərait yaradıb.
"Bunun nəticəsində Azərbaycan quş əti istehlakçısı deyil və öz tələbatını təmin edir. Əgər 2000-ci ildə ölkədə 24,3 min ton quş əti istehsal olunubsa, 2012-ci ildə bu rəqəm 3,7 dəfə artaraq 89,3 min ton təşkil edib. Bu gün ölkədə quş əti istehsalının həcmi yalnız mal əti istehsalından geridə qalır”, - deyə Ş.Kərimov söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət