Azərbaycanın energetika naziri Natiq Əliyev Moskvada Ruisya və İranla enerji əməkdaşlığı məsələlərini müzakirə edəcək. Bu barədə Energetika Nazirliyinin məlumatında bildirilir.
“MDB Elektroenergetika Şurasının 44-cü iclası çərçivəsində Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası energetika nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 31 oktyabr tarixindən etibarən Moskvaya rəsmi səfəri başlayır”,- deyə məlumatda qeyd olunur.
Nazir rusiyalı və iranlı həmkarları ilə üç ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Məlumatda bildirilir ki, 6 iyun 2013-cü il tarixində Volqoqrad şəhərində “Azərbaycan Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının enerji sisteminin və Rusiyanın vahid enerji sisteminin paralel işinin təmin edilməsi üzrə tədbirlər haqqında Saziş” imzalanıb. Bu saziş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlığın davam etdirilməsinə geniş imkanlar yaradıb. Artıq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının enerji sistemləri ikitərəfli elektrik verilişi xətləri vasitəsi ilə birləşib. Bunlar 330 kV-luq “Dərbənd” və 110 kV-luq “Yalama” elektrik verilişi xətləridir.
Eyni zamanda Azərbaycan Respublikası və İran İslam Respublikası arasında elektrik enerjisinin mübadiləsi 230 kV-luq I Parsabad, 330 kV-luq II Parsabad, 110 kV-luq Astara və 132 kV-luq Culfa və Araz elektrik verilişi vasitəsilə həyata keçirilir.
Energetika nazirinin Moskvaya səfəri noyabrın 2-də başa çatacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət