Milli Məclisin vitse-spikeri Bahar Muradova Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102 saylı hərbi bazasının komandiri Andrey Ruzinskinin “Azərbaycan Dağlıq Qarabağda əməliyyata başlasa, hərbi baza münaqişəyə qoşula bilər” fikirlərinin anlaşılmaz olduğunu qeyd edib.
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsdir. Baxmayaraq ki, Azərbaycanın bu ərazisi işğal alıtndadır, heç kəs bu torpaqların Ermənistana məxsus olmasına dair sənəd təqdim edə bilməz. Ən başlıcası isə budur ki, belə bir sənədin qəbul edilməsi üçün hətta zəmin də yoxdur”, - deyə B. Muradova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Heç bir sənəddə göstərilməyib ki, Ermənistan bu təşkilatın imkanlarından öz tabeliyində olmayan ərazilərin müdafiəsi üçün istifadə edə bilər”, - deyə vitse-spiker əlavə edib.
O, həmçinin söyləyib ki, hərbi hissənin komandiri bu cür bəyanat verməklə öz vəzifə səlahiyyətlərini aşır. “Bu adam belə bəyanat verməklə vəzifə səlahiyyətlərindən kənara çıxır, çünki bu cür bəyanatla yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi çıxış edə bilər. Bununla yanaşı, belə bir bəyanat vermək üçün təşkilata üzv olan bütün dövlətlər tərəfindən qərar verilməsi lazımdır”, - deyə B.Muradova vurğulayıb.
A.Ruzinski “Krasnaya zvezda” qəzetinə müsahibəsində deyib ki, “Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində öz hüquqi yurisdiksiyasını güc yolu ilə bərpa etmək barədə qərar qəbul edərsə, hərbi baza Rusiya Federasiyasının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hüquqi öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə qoşula bilər”.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət