Milli Məclisin deputatları bu həftə AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün Fransa və Portuqaliyada səfərdə olacaqlar. Bu barədə parlamentin mətbuat xidməti məlumat verir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın Monitorinq və Hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-dən 8-dək Parisdə səfərdə olacaqlar.
İclaslarda monitorinq prosesinin təkmilləşdirilməsi, Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələri, Fransa üzrə monitorinq prosesinin başlanmasına dair təklif, Rusiya və Gürcüstan arasında 2008-ci il müharibəsinin nəticələri, insan orqanları ilə ticarətlə mübarizəyə dair Avropa Şurası Konvensiyasının müzakirəsi, insan haqları sahəsində pozuntulara görə beynəlxalq təşkilatların məsuliyyəti, Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsi zərurəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Noyabrın 6-dan 8-dək Lissabonda AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclası və forumu keçiriləcək. Tədbirlərdə Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edəcək.
İclaslarda İordaniya və Qırğızıstan parlamentləri tərəfindən AŞPA ilə əməkdaşlıq demokratik statusu üçün edilmiş müraciətlərin müzakirəsi, Suriyada vəziyyət, İslam dünyasında, xüsusilə də Suriyada xaçpərəstlərin təqib olunması və xaçpərəst icmalarının say etibarilə azalması və digər mövzularda fikir mübadiləsi aparılacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət