Azərbaycanın 2014-cü il büdcəsi sosial-investisiya yönlüdür. Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çərşənbə günü altı parlament komitəsinin gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında deyib.
“2014-cü ildə dövlət büdcəsinin xərclərinin 64-66%-i sosial investisiya məqsədlərinə yönəldiləcək”, - deyə o qeyd edib.
Ş.Hacıyevin sözlərinə görə, 2014-cü ilin büdcə layihəsi dünyada baş verən proseslər nəzərə alınmaqla hazırlanıb, “tamamilə optimal və realdır”.
“Bu gün də davam edən qlobal maliyyə böhranı şəraitində Azərbaycanın makroiqtisadi göstəriciləri artmaqda davam edir. 2013-cü ilin dövlət büdcəsinin uğurla icra olunması bir daha göstərir ki, müsbət tendensiyalar davam edir”, - deyə o vurğulayıb.
Parlament komitəsinin sədri əlavə edib ki, Azərbaycan iqtisadiyyatının neft və qaz amilindən asılılığı ildən-ilə azalmaqda davam edir.
“Bu, Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf etməsini göstərir”, - deyə Ş.Hacıyev bildirib.
Sədr sosial məqsədlər üçün xərclərin payının artmasını müsbət qiymətləndirib.
“Sosial məqsədlər üçün büdcə xərclərinin hər il artırılması müsbət məqamdır. 2014-cü il büdcəsində təhsil, səhiyyə, mədəniyyət, incəsənət və elm sahələrinə çəkilən xərclərin əhəmiyyətli dərəcədə artımı gözlənilir”, - deyə o bildirib.
Komitə sədrinin sözlərinə görə, 2013-cü illə müqayisədə gələn il təhsil sahəsinə xərclər 12%, səhiyyə sahəsinə 14%, elm sahəsinə isə 15% artacaq.
“Azərbaycanda təhsil sahəsində ciddi islahatlar həyata keçirilir. Təhsil sahəsinin inkişafı üzrə dövlət strategiyası təsdiq edilib, biz bu sahədə bir çox yeniliklər gözləyirik. Bununla əlaqədar olaraq 2014-cü ildə təhsil sahəsinə 1,655 mlrd. manat ayrılması planlaşdırılır. 2013-cü ildə təhsil sahəsinə çəkilən büdcə xərcləri 1,4 mlrd. manatdan çox təşkil edib”,- deyə Ş.Hacıyev əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət