Azərbaycan donor ölkə kimi dünya arenasında fəaliyyətini genişləndirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev bəyan edib.
“Azərbaycan müstəqillik qazandığı dövrdən bəri xaricdən yardım alıb. Bu gün isə müdrik siyasət, neft sahəsindən əldə olunan vəsaitlərin düzgün xərclənməsi, iqtisadiyyatın şaxələndirilməsi hesabına Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə mühüm oyunçuya çevrilir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, eləcə də regionda donor fəaliyyəti ilə məşğul olan iri investordur. Ölkənin donor fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan təkcə yardım almaq deyil, həm də yardım göstərmək iqtidarındadır”, - deyə Ə.Şıxəliyev bildirib.
Onun sözlərinə görə, indiki mərhələdə Azərbaycan yardım göstərməyə başlayan ölkədir.
“Biz yeni donor ölkəyik. Bu səbəbdən Azərbaycan ehtiyacı olan tərəfdaşlara yardım edir. Bu, real vəsait, texniki yardım, humanitar layihələr ola bilər. Bu proqramlar vasitəsilə biz müzakirə etməyə hazır olduğumuz yeni ideyalara çıxış imkanı əldə edirik”, - deyə Ə.Şıxəliyev vurğulayıb.
Onun fikrincə, bu cür fəaliyyət ölkə qarşısında tamamilə gözlənilməz imkanlar açır, “çünki hər bir ideya tamamilə yeni ideyalar əmələ gətirir”.
“Biz bu ideyaları tədqiq edərək alıcı ölkə üçün daha vacib olanını seçir, həmçinin yardım edən ölkə kimi Azərbaycanın maraqlarını nəzərə alırıq. Yəni Azərbaycan da indi yardım göstərməyə hazır olduğu və daha sonra yardım göstərəcəyi sahələri seçir. Belə olduğu halda, o cümlədən ölkə seçimi zamanı da müxtəlif elementlər nəzərə alınır. Həmin ölkə ilə münasibətlər, onun beynəlxalq təşkilatlarda iştirakı, tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələyə yanaşması nəzərdən keçirilir”, - deyə agentliyin rəhbəri qeyd edib.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət