Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçirilən iclasında "Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
Komitə sədri Arif Rəhimzadə bildirib ki, həmin ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub.
"Yerli sakinlər Xraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının Palıdlı ilə əvəz olunmasını təklif ediblər. Həmin ərazilərdə vaxtilə ruslar məskunlaşmışdı və 2 il bundan əvvəl onlar oradan çıxarılıb. Bu proses Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilib”, - deyə A.Rəhimzadə qeyd edib.
Müzakirələrin sonunda adıçəkilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanın şimal-şərqində yerləşən Xraxoba kəndində SSRİ-nin süqutundan sonra Rusiya vətəndaşlığını qəbul etmiş Dağıstan xalqlarının nümayəndələri məskunlaşıb. Bəzi Rusiya KİV-lərinin iddialarına zidd olaraq bu torpaqlar heç vaxt Rusiyanın anklavı olmayıb. Həmin ərazilər keçmiş SSRİ dövründə, məhz 1954-cü ildən etibarən otlaq sahəsi kimi Dağıstana icarəyə verilib. Lakin 2004-cü ildə icarə müddəti bitib.
2010-cu ilin sentyabrında Azərbaycanla Rusiya arasında dövlət sərhədi haqqında müqavilə imzalandıqdan sonra Xraxoba və Uryanoba sakinlərinin statusunun müəyyənləşdirilməsi məsələsi gündəmə gəlib. Azərbaycan bu kəndlərin sakinlərinə Rusiya vətəndaşlığını saxlamaqla Azərbaycan vətəndaşlığını da qəbul etməyi təklif edib. Uryanobada daimi yaşayan Rusiya vətəndaşları bu təklifi qəbul edib və Azərbaycanda qanuni şəkildə yaşamağa başlayıblar.
Xraxoba sakinləri isə fərdi qaydada Rusiyanın Dağıstan Respublikasına köçməyi qərara alıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət