Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov UNESCO-nun Baş Konfransının 37-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə tədbir iştirakçılarına Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarındakı vəziyyət barədə məlumat verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
A.Kərimov Ermənistanın XİN başçısı Edvard Nalbandyanın Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş nitqinə cavab olaraq çıxış edib.
A.Kərimov cavab hüququndan istifadə edərək, Ermənistan nazirinin səsləndirdiyi əsassız ittihamların iftira və yalan olduğunu dəlil və faktlarla cavablandırıb.
Onun çıxışında Ermənistanın öz ərazisindən köklü Azərbaycan əhalisinin etnik təmizləmə siyasəti nəticəsində qovulduğu, Ermənistanın mono-etnik bir ölkəyə çevrildiyi və bu ölkənin keçmiş prezidenti Robert Köçəryanın azərbaycanlılar və ermənilərin etnik uyğunsuzluğu kimi qatı irqçi iddia ilə çıxış etdiyi xatırladılaraq, bu kimi əməlləri törədən Ermənistanın bu mötəbər təşkilatın podiumundan mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi haqqının olmadığı vurğulanıb.
Ermənistanın Azərbaycanın ərazilərini işğal edərək, bu ərazilərdə də etnik təmizləmə siyasətini davam etdirdiyini qeyd edən Azərbaycan nümayəndəsi Ermənistan və işğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni və dini irsinin kütləvi məhvə və saxtakarlığa məruz qaldığını və Ermənistanın tarix boyu bu ərazilərin köklü sakinləri olmuş azərbaycanlıların Ermənistanın öz ərazisindən və işğal olunmuş ərazilərdən izinin tam silinməsi siyasəti yürütdüyünü diqqətə çatdırıb.
A.Kərimov Edvard Nalbandyanın əsassız ittiham və böhtan dolu və millətlərarası ədavətə və düşmənçiliyə təhrik edən çıxışının UNESCO-nun əsasını təşkil edən sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət