Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları mütləq azad edəcək və Azərbaycan vətəndaşları tarixi yaşayış yerlərinə geri dönəcəklər. Belə bəyanatla Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edib.
“Azərbaycanın dağlıq ərazisinin böyük hissəsi işğal altındadır, buna görə də bizim vətəndaşlarımız dağlıq şəraitdə yaşamaq vərdişlərini itiririlər”, - deyə komitə sədri çərşənbə axşamı Milli Məclisin 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş plenar iclasında bildirib.
O, əhalinin dağlıq ərazidə yaşamaq vərdişlərinin itməməsi üçün tədbirlər görülməsini vacib hesab etdiyini deyib. “Yeni müdafiə naziri bildirib ki, biz dağlıq ərazidə vuruşmaq vərdişlərinə yiyələnməliyik. Bunun üçün isə ilk növbədə, dağlıq rayonlarda yaşayış məskənləri salmaq və orada məskunlaşmaq lazımdır”, - deyə Ə.Hüseynli bildirib.
Onun sözlərinə görə, hökumət gələcəkdə ölkə büdcəsini formalaşdırarkən dağlıq ərazilərdə yaşayış məskənlərinin salınmasına büdcə vəsaitlərinin yönəldilməsi barədə düşünməlidir.
“Bu, xalqımızın genetik fondunun qorunması məqsədi ilə, eləcə də ekoloji nöqteyi-nəzərdən çox vacibdir. Lakin ən əsası budur ki, biz Kiçik Qafqazın dağlıq ərazisinin bir hissəsi olan Dağlıq Qarabağa mütləq qayıdacağıq, buna görə də vətəndaşlarımız dağlıq şəraitdə yaşamaq vərdişlərini heç bir zaman unutmamalıdırlar”, - deyə Ə.Hüseynli vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət