2012-ci ilin yekunları üzrə İtaliya və Azərbaycan arasında mal dövriyyəsi $5,8 mlrd. təşkil edib. Bu barədə Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov məlumat verib.
“2012-ci ildə ölkələrimiz arasında mal dövriyyəsi $5,8 mlrd., bu ilin 9 ayının yekunları üzrə isə $4,6 mlrd. təşkil edib”, - deyə nazir müavini çərşənbə günü Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
N.Səfərovun sözlərinə görə, son 10 ildə İtaliya şirkətlərinin Azərbaycanda əsas kapitala sərmayələri $47,9 mln., qeyri-neft sektoruna isə $65,6 mln. təşkil edib.
O, həmçinin qeyd edib ki, Azərbaycan ərazisində İtaliya kapitalına malik 45 şirkət fəaliyyət göstərir. “Bu şirkətlər özəl sektorun müxtəlif sahələrini əhatə edir, eləcə də hökumətin maliyyələşdirdiyi layihələrin həyata keçirilməsində podratçı kimi iştirak edirlər”, - deyə nazir müavini vurğulayıb.
N.Səfərov söyləyib ki, ölkələr arasında ticari-iqtisadi əlaqələrin genişlənməsi üçün böyük potensial var. “2006-cı ildə yaradılmış ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya ölkələr arasında əməkdaşlığın inkişafına kömək edir”, - deyə o bildirib.
Ölkələr arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən nazir müavini iqtisadi əlaqələrin də bu səviyyəyə çatdırılmasının vacibliyini vurğulayıb. “Bu günə qədər ölkələr arasında münasibətlərin stimullaşdırılmasına yönəlmiş, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrində 30 sənəd imzalanıb”,- deyə o qeyd edib.
N.Səfərov söyləyib ki, Azərbaycan İtaliya tərəfi ilə qeyri-neft sektoru sahəsində əlaqələrin inkişafında maraqlıdır. “Biznes forumda Azərbaycandan 120, İtaliyadan isə 30 iş adamının iştirakı buna dəlalət edir”, - deyə o əlavə edib.
Öz növbəsində İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Karlo Kalenda söyləyib ki, onun başçılıq etdiyi nümayəndə heyəti əsasən neft-qaz, infrastruktur və tikinti sektorlarında ixtisaslaşmış şirkətlərdən ibarətdir.
O, həmçinin söyləyib ki, ticari-iqtisadi əlaqələr uğurla inkişaf edir, lakin investisiyalarla bağlı vəziyyət qənaətbəxş deyil. “Biz bu vəziyyəti düzəltmək niyyətindəyik və bu cür biznes forumların keçirilməsi buna kömək edir. Ümumilikdə biz İtaliya şirkətlərinin Azərbaycan iqtisadiyyatının sənaye, tikinti, tekstil və digər sektorlarında iştirakını qarşıya məqsəd qoymuşuq”, - deyə nazir müavini qeyd edib.
Biznes forumun yekunları üzrə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İtaliya şirkətlərinin Təşviqi və Beynəlmiləlləşdirilməsi Təşkilatı (ICE) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi AZPROMO və ICE rəhbərləri Rüfət Məmmədov və Rikardo Mario Monti imzalayıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət