Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun fikrincə, Azərbaycanda ipoteka kreditləşməsinin yeni mexanizmini tətbiq etmək lazımdır.
“İpoteka sahəsində dövlət və vətəndaşlar arasında qarşılıqlı münasibətlərin yeni model və mexanizmini formalaşdırmaq lazımdır. Bəzi Avropa ölkələrində ipoteka kreditləşməsi vətəndaşların öz yığımları hesabına həyata keçirilir. Bu, çox maraqlı praktikadır”, - deyə E.Rüstəmov çərşənbə günü parlamentdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zaman bildirib.
Onun sözlərinə görə, ipotekanın yükünü dövlətin üzərinə qoymaq doğru deyil.
E.Rüstəmov əlavə edib ki, ipoteka kreditləşməsinə əlavə olaraq 2 mlrd. manat ayrılsa belə, bu, qeyd olunan sahədəki bütün problemləri həll etməyəcək.
O qeyd edib ki, AMB Azərbaycanda ipoteka kreditləşməsi strategiyasını hazırlayır və onu tezliklə hökumətin müzakirəsinə verəcək.
Azərbaycanda ipoteka kreditəşməsi Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə və kommersiya banklarının öz proqramları çərçivəsində həyata keçirilir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına 74,77 mln. manat ipoteka krediti verilib
AMB-nin qiymətləndirmələrinə görə, 2013-cü ildə AİF-in vəsaitlərindən ipoteka kreditləşməsinin həcmi 100 mln. manat təşkil edəcək.
2014-cü ilin dövlət büdcəsində sosial ipoteka üçün 40 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət