2013-cü ilin on ayı ərzində istehsal edilmiş ümumi daxili məhsulun həcmi keçən ilin eyni dövrünə nisbətən 5,7% artaraq 47,6 mlrd. manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Ümumi daxili məhsulun 64,1%-i istehsal sahələrinin, 29,6%-i isə xidmət sahələrinin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,3%-ni təşkil edib.
Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1%, qeyri-neft sektorunda isə 9,8% artıb.
Ümumi daxili məhsulun həcmində yaradılmış əlavə dəyərin 46,3%-i sənayenin, 5,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 12,1%-i tikintinin, 7,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 5,2%-i nəqliyyat və anbar təsərrüfatının, 2,1%-i turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,7%-i informasiya və rabitə xidmətlərinin, 13,3%-i isə sosial və digər xidmətlər sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.
Azərbaycan hökuməti 2013-cü ildə ÜDM artımını 4,5% səviyyəsində proqnozlaşdırır.
2012-ci ildə ölkə üzrə ÜDM 2,2% artıb.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət