Bu günlərdə Bakıda keçirilən “Fusion Doll” II Beynəlxalq Kukla Biennalesi bakılılarda və paytaxtın qonaqlarında böyük marağa, həmçinin müsbət rəylərə səbəb olub. Tədbirdə müxtəlif ölkələrdən gəlmiş kukla ustaları iştirak ediblər. Müəlliflər öz əlləri ilə yaratdıqları maraqlı obrazlar vasitəsi ilə özlərinin yaradıcılıq potensiallarını nümayiş etdiriblər. Sərgiyə gələnlər hər bir ustanın fantaziyasını və milli koloriti əks etdirən işlərlə tanış ola biliblər. Sərgi iştirakçısı, gənc rəssam, kukla ustası Anarə Salmanova bizimlə biennale barədə təəssüratlarını bölüşüb, “Fusion Doll”da sərgilənmiş işləri barədə məlumat verib. “İnterfaks-Azərbaycan” agentliyi Anarə Salmanova ilə müsahibəni oxucuların diqqətinə çatdırır.
- Bu yaxınlarda Bakıda keçirilmiş “Fusion doll” Kukla Biennalesi barədə nə deyə bilərsiniz?
-Ekspozisiyada klassik, interyer, fəşn, konseptual, art-obyekt, replikant və digər bir çox tipli müxtəlif kuklalar təqdim edilib. Bu il biennaledə Rusiya, Latviya, İspaniya, Ukrayna, İsrail, Çexiya, Gürcüstan, Qazaxıstan və Estoniya kimi ölkələr iştirak edir. fikrimcə, belə tədbirlərin keçirilməsi, xüsusən də “Fusion Doll” biennalesinin keçirilməsi bu incəsənət növünün inkişafında təkan rolunu oynayacaq və incəsənətin bu istiqamətində işə yeni başlayan gənc ustalara yaxşı stimul verəcək.
-Siz 2011-ci ildə keçirilmiş I Biennaledə iştirak etmisinizmi?
- Yox, iştirak etməmişəm. Həmin vaxt mən kukla hazırlamaqla məşğul olmurdum. Yeri gəlmişkən, məhz I Bakı Biennalesi məndə maraq oyatdı və məni ciddi şəkildə kukla yaratmaqla məşğul olmağa sövq etdi.
- Sizin əl işləriniz başqa harada nümayiş olunub?
- Mənim işlərim respublika miqyasında keçirilmiş bir çox tematik sərgi və müsabiqələrdə nümayiş etdirilib.
-Kukla sənəti məşğul olduğunuz yeganə incəsənət növüdür?
-Mən özümü təsviri incəsənətin bir çox istiqamətlərində sınamışam. Bir müddət interyer dizaynı ilə məşğul oldum. İndi mən qrafika, rəngkarlıqla məğul olur, dekorativ kompozisiyalar tərtib edirəm.
-«Fusion doll»da təqdim olunan əl işləriniz necə adlanır?
“Fusion Doll” biennalesində mənim dörd işim sərgilənib: “Muza”, “Meşə pərisi”, “Venesiya maskası” və “Şərq hörüyü”.
-Siz hansı materiallarla işləyirsiniz?
- Əsas material polimer gildir, eləcə də əl altında olan istənilən material, parça, krujeva, yun, müxtəlif muncuqlar və s. işə yarayır. Əslində mən ilk kuklalarımı 11 il əvvəl hazırlamışam, onlar Azərbaycanda “Wings of Time” (“Zamanın qanadları”) adlı ilk konseptual sərgidə nümayiş olunmuşdu. Sonra mənim yaradıcılığımda uzunmüddətli durğunluq oldu. Mən bütün vaxtımı ailəmə, övladlarıma həsr edirdim. İndi artıq uşaqlar bir qədər böyüyüblər və mən ideyalarımı yaradıcılığımda reallaşdımağa vaxt tapa bilirəm.
-İdeyaları hardan alırsınız?
-Müxtəlif cür alınır, bəzən hər hansı növbəti sərginin mövzusu iş üçün müəyyən fikir yaradır. Məsələn, mənim “Venesiya maskası” adlı kuklam Muzey Mərkəzində keçirilən eyniadlı sərgi üçün hazırlanmışdı. Bəzən adamın ağlına gözlənilmədən ideyalar gəlir. Bu yaxınlarda təsadüfən köhnə yararsız çaydan gördüm və ondan nəsə maraqlı bir şey düzəltmək qərarına gəlidm. “Yaşıl çayın pərisi” adlı əl işim belə yarandı.
- Siz kuklaların hazırlanması üzrə hər hansı ustad dərslərində, kurslarda və ya treninqlərdə iştirak etmisinizmi?
- Mən “D` art” studiyasında kukla ustası İrina Sergeyevna Qundorinanın yanında məşğul olmuşam.
- Ən sevimli kuklanız hansıdır?
-Əgər öz kuklalarımı nəzərdə tutursunuzsa, mən hər bir kuklanı sevgi ilə hazırlayıram, onlara
özümdən bir şeylər, enerjimi, fikirlərimi, ideyalarımı verirəm. Onların hamısı mənə əzizdir, hər bir kuklaya özünəməxsus sevgim var.
- Kimdən örnək alırsınız? Kimin işlərini xüsusi qeyd edərdiniz?
- Bütün dünyadaçox yaxşıkukla ustaları var, lakin mən müəllif kuklalarının hazırlanmasında xüsusi istedada malik Pərviz Hüseynovu və İrina Qundorinanı qeyd etmək istərdim.
-Bir kuklanın hazıralnmasına nə qədər vaxt tələb olunur?
-Müxtəlif cür olur. Bəzən bir kuklanın hazırlanması üçün bir ay vaxt gedir, bəzən də bir neçə günə bir maraqlı iş ortaya qoymaq olur. Növbəti kukla üzərində işləyərkən mən işdən ayrıla bilmirəm, o, məni özünə çəkir. Bunu dayanmadan axıra qədər oxumaq istədiyin maraqlı bir kitabla da müqayisə etmək olar.
Söhbət etdi: Alla Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət