Kiyevdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə Ukrayna prezidenti Viktor Yanukoviçin rəsmi görüş mərasimi keçirilib.
Ukrayna prezidentinin mətbuat xidmətinin xəbər verdiyi kimi, mərasimdə Ukrayna və Azərbaycanın dövlət himnləri səsləndirilib. Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər. Mərasim iki ölkənin rəsmi nümayəndə heyətlərinin təqdim edilməsi ilə başa çatıb.
Daha sonra V.Yanukoviçlə İ.Əliyevin təkbətək görüşü başlayıb.
Ukrayna prezidentinin müşaviri, Beynəlxalq münasibətlər üzrə baş idarənin rəhbəri Andrey Qonçarukun sözlərinə görə,V.Yanukoviçlə İ.Əliyevin görüşü zamanı Ukrayna və Azərbaycan arasında yüksək səviyyədə siyasi dialoqun dərinləşməsi, qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, energetika və infrastruktur, habelə hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
A.Qonçarçuk bildirib ki, səfərin mühüm elementi Ukrayna və Azərbaycan Prezidentlər Şurasının dördüncü iclasının keçirilməsi olacaq. Bu tədbir Azərbaycan-Ukrayna strateji münasibətlərinin gələcəkdə konkret praqmatik məzmun daşımasına yönəlib. Şuranın iclasının yekunları üzrə yekun protokolun imzalanması nəzərdə tutulub.
Səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən xarici siyasət, kənd təsərrüfatı, mədəni-humanitar və regionlararası qarşılıqlı fəaliyyət sahələrində bir sıra sənədlər imzalanacaq.
Səfər proqramında, həmçinin prezident İ.Əliyevin Ukraynanın baş naziri N.Azarov və Ali Radanın sədri V.Rıbakla görüşləri də nəzərdə tutulur.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət