Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübəni tətbiq etməyə və beynəlxalq strukturlarla əməkdaşlıq etməyə hazırdır.
“MTN enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində bütün qurumlarla, o cümlədən
beynəlxalq strukturlarla əməkdaşlığa hazırdır”, - deyə MTN-nin Enerji infrastrukturunun müdafiəsi şöbəsinin rəhbəri Cavad Tinayev cümə axşamı Bakıda keçirilən “Enerji təhlükəsizliyinə birgə yanaşma: NATO və digər tərəflərin mövqeyi” mövzusunda konfransda çıxışı zamanı bildirib.
C.Tinayev bir sıra terror təşkilatlarının enerji infrastrukturuna ziyan vurma cəhdləri ilə bağlı risklərə diqqəti cəlb edib.
“Terrorçu və ekstremist təşkilatların üzvlərinin enerji şirkətlərində işə düzəlməsi və ya belə şəxslərin xarici mütəxəssis adı altında cəlb edilməsi cəhdləri mümkündür. Biz dəfələrlə belə cəhdlərin şahidi olmuşuq, lakin bu cəhdlərin qarşısı MTN tərəfindən vaxtında alınıb”, - deyə o vurğulayıb.
C.Tinayevin sözlərinə görə, 1998-ci ildə Bakı-Novorossiysk kəmərinin Qusar rayonunun Şirvanovka kəndi ərazisindən keçən hissəsində terror aktı cəhdinin qarşısı alınıb.
“Terrorçular Bakı-Novorossiysk boru kəmərinin havalandırma sistemini partlatmışdılar. Bundan başqa, 2007-ci ildə “Sumqayıt camaatı” ekstremist qruplaşmasının üzvləri bu boru kəmərində terror aktı törətməyə cəhd etmişdilər. Bu cəhdin də qarşısı vaxtında alındı”, - deyə C.Tinayev vurğulayıb.
O, həmçinin regional münaqişələri və separatçı qüvvələrin mövcudluğunu Cənubi Qafqazda enerji təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirib.
“Azərbaycan ərazilərinin bir hissəsinin işğalı faktı da təhlükə mənbəyidir. Azərbaycan-İran sərhədinin 130 km-dən çox hissəsi nəzarətsizdir, bu isə terror təşkilatlarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Bundan başqa, Qərb istiqamətində çəkilmiş boru kəmərlərinin bir qismi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Bu da təhlükə istiqamətlərindən biridir”,- deyə o bildirib.
“Həmçinin Gürcüstanda boru kəmərlərinin erməni əhalisinin kompakt yaşadığı bəzi yaşayış məntəqələrinin yaxınlığından keçməsi də təhdid mənbəyidir. Bundan əlavə, boru kəmərlərinin Gürcüstan ərazisindən keçən hissəsinin istismarına cavabdeh olan şirkətlər etnik erməniləri işə cəlb edirlər”, - deyə MTN nümayəndəsi əlavə edib.
C. Tinayev qeyd edib ki, Xəzərin hüquqi statusunun müəyyən olunmaması dəniz akvatoriyasında enerji təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərir.
“Bununla yanaşı, dənizdəki hasilat platformalarının və boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi öz xüsusiyyətinə görə fərqlənir. Dənizdə təhlükəsizlik, əsasən, elektron avadanlıq hesabına təmin edilir. Neft məhsullarının qaçaqmalçılığı ilə məşğul olan şəxslər təhlükə amili hesab olunurlar. Hələ ki, Azərbaycanda boru kəmərlərinə qanunsuz müdaxilə faktı qeydə alınmayıb. Baxmayaraq ki, belə faktlar milli qanunvericilikdə oğurluq kimi qiymətəndirilir, lakin bu cür müdaxilələr partlayışa və hətta boru kəmərinin istismarının tamamilə dayandırılmasına gətirib çıxara bilər”, - deyə o vurğulayıb.
MTN nümayəndəsi son olaraq enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərində kompleks sistemin tətbiqinin və çoxsəviyyəli yanaşmanın vacib olduğunu qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət