Enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində NATO-nun təcrübəsinin öyrənilməsi Cənubi Qafqaz ölkələri üçün əhəmiyyət kəsb edir. Bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Kristian Çobanu bəyan edib.
“Enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində NATO-nun təcrübəsinin öyrənilməsi Cənubi Qafqaz ölkələri üçün vacib əhəmiyyət daşıyır. Hesab edirəm ki, Şimali Atlantik Alyans ölkələrinin təcrübəsinə Qafqaz regionunda qazanılmış təcrübə də əlavə olunacaq”, - deyə K.Çobanu bu gün Bakıda keçirilən “Enerji təhlükəsizliyinə birgə yanaşma: NATO-nun və digər tərəflərin mövqeyi” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, Rumıniya NATO və Avropa Birliyinin üzvü olaraq Xəzər regionu ölkələri və Avropa arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.
“Bununla əlaqədar olaraq bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə vacib töhfə verən Cənubi Qafqaz dəhlizi layihəsinin reallaşdırılması xüsusi əhəmiyyətə malikdir”, - deyə səfir vurğulayıb.
O, Buxarest və Bakının enerji sahəsində tərəfdaşlığını, xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya bazarında iştirakını qeyd edib.
“Mənim ölkəm Azərbaycanın Qərb strukturları və NATO-ya inteqrasiya üzrə istənilən səylərini dəstəkləməyə hazırdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət