Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ümid edir ki, ötən həftə İlham Əliyev və Serj Sarqsyan arasında baş tutmuş görüş Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətə müsbət təsir göstərə bilər.
“Ola bilsin ki, sərhəddə olan proseslərə bu görüşün müsbət mənada müəyyən təsiri oldu. Əvvəlki dövrlərə nisbətən ordakı insidentlərin azalmasına səbəb ola bilər", - deyə N.Məmmədov ANS telekanalına müsahibəsində bildirib.
N.Məmmədov söyləyib ki, təxminən 2 ildən də bir az artıq müddətdə prezidentlər arasında görüş olmurdu və müəyyən mənada bu danışıqlar prosesində bir durğunluq əmələ gəlmişdi. “Əlbəttə, bu durğunluq Ermənistan tərəfinin hansısa məqsədlərlə ortaya qoyduğu mövqeyi ilə bağlıdır. Amma yəqin ki, görüşün baştutma səbəblərindən biri də bu oldu ki, Ermənistan tərəfi başa düşdü və təhlillər nəticəsində belə bir qərara gəldi ki, bunun bir əhəmiyyəti yoxdur. Yəni bu yolla da böyük nailiyyət əldə etmək mümkün deyil", - deyə o qeyd edib.
N.Məmmədovun sözlərinə görə, əsas məqsəd müəyyən fasilədən sonra bu görüşlər seriyasını başlamaq idi.
“Ermənistan tərəfi bu danışıqlarda müəyyən proseslərdən nəticə çıxardaraq danışıqların davam etdirilməsi və irəli getməsi üçün məqamın yetişdiyini nümayiş etdirdi. Bunu biz başa düşdük. Və elə ona görə də düşünürəm ki, əldə edilən nailiyyət ondan ibarətdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün danışıqlar prosesini davam etdirmək lazımdır", - deyə Prezident Administrasiyasının nümayəndəsi bildirib.
O deyib ki, Ermənistan rəhbərləri daim bu görüşləri özlərinin bir "prioumu" kimi istifadə edirlər.
“Belə ki, görüş zamanı xoş münasibət göstərirlər. Görüşün digər iştirakçısı, tutaq ki, Rusiya Federasiyasının prezidenti və yaxud həmsədrlərin yanında özlərini yaxşı aparmağa çalışırlar. Görüş bitəndən sonra başlayırlar müxtəlif məsələlərlə bağlı provokasiya xarakterli və yaxud da ittiham xarakterli mövqe bildirməyə. Amma bu dəfə hələlik biz bunu müşahidə etmədik. Amma yenə də siz də yaxşı bilirsiniz ki, Ermənistan tərəfinə tam etibar etmək mümkün deyil. Onlar öz mövqelərini həmişə dəyişiblər. Ola bilsin, bunun müxtəlif səbəbləri olub. Yenə də gözləmək lazım olacaq”,- deyə N.Məmmədov əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət