Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq noyabrın 28-də Naxçıvan Muxtar Respublikasına tanışlıq səfəri edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Bu, mənim Azərbaycan regionlarına, o cümlədən Naxçıvana ilk səfərimdir. Naxçıvan Azərbaycanın tərkibində çox vacib və maraqlı bir məkandır”, - deyə İ.Siddiq səfərinin yekunları üzrə jurnalistlərə bildirib. O qeyd edib ki, muxtar respublikanın rəsmi şəxsləri ilə maraqlı görüşlər keçirib, Naxçıvan Dövlət Universitetində və bir sıra sənaye-istehsalat müəssisələrində olub.
“Muxtar respublika ilə əməkdaşlıq buradakı inkişafla əlaqədardır. Təhsil sahəsi mənim diqqətimi çəkdi. Burada sənaye sahəsində böyük inkişafa nail olunub. Buna görə də bir səfir kimi mənim işim bura mümkün olduğu qədər çox Britaniya şirkəti cəlb etmək olacaq. Bakıya qayıtdıqdan sonra mən Londondakı əməkdaşlarımıza və britaniyalı iş adamlarına muxtar respublika ilə əməkdaşlıq imkanları barədə məlumat verəcəm ki, onlar gəlib mövcud potensialla tanış olsunlar”, - deyə britaniyalı diplomat vurğulayıb. Onun sözlərinə görə, blokada vəziyyətinin yaratdığı çətinliklərə baxmayaraq, muxtar resbublikada iqtisadiyyat inkişaf edir.
“Mən sənaye müəssisələrində olarkən burada kifayət qədər müasir və yeni texnologiyalardan istifadə edildiyinin şahidi oldum. Blokada vəziyyətinə baxmayaraq, dövlətin iqtisadiyyatın inkişafına maraq göstərməsi sevindiricidir”, - deyə İ. Siddiq bildirib. Onun sözlərinə görə, Britaniya hökuməti hesab edir ki, iqtisadiyyatın inkişafının təmin edilməsinin ən yaxşı yolu açıq bazar siyasəti imkanlarının genişləndirilməsidir ki, hamı bu imkanlardan istifadə edə bilsin.
“Buna görə də mənim hökumətim Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Problemin həlli bu iqtisadi imkanları yaratmağa yol açacaq, regionun və digər xarici ölkələrin inkişafına töhfə verəcək”,- deyə səfir əlavə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət