İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ölkə rəhbərliyini tezliklə Bağdadda səfirlik açmağa çağırır.
“İraq tərəfi uzun zamandır Azərbaycanın Bağdadda səfirliyinin açılmasını gözləyir. Bu, ikitərəfli münasibətlərin genişlənməsinə nəzərə çarpacaq dərəcədə təsir edəcək”, - deyə diplomat çərşənbə günü Bakıda keçirilən Azərbaycan və İraq hökumətləri arasında ticarət, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın I iclasında bəyan edib.
Səfir iclasın gündəliyinə diplomatik nümayəndəliyin açılması, energetika sahəsində əməkdaşlıq və bu kimi digər məsələlərin daxil olmadığını qeyd edib.
Onun sözlərinə görə, Bağdadda Azərbaycan səfirliyinin olmaması Azərbaycanın ali məktəblərində təhsil alan iraqlı tələbələrə böyük problemlər yaradır. “Vizada göstərilən bu qədər qısa müddət ərzində tələbələrimiz Azərbaycanda mənzil tapa və müvəqqəti qeydiyyat məsələsini həll edə bilmirlər. Bundan başqa, onların əksəriyyəti təhsili magistratura pilləsində davam etdirmək arzusundadır. Ümid edirik ki, Azərbaycanın müvafiq dövlət strukturları, həmçinin Təhsil Nazirliyi lazımi tədbirlər görəcək”, - deyə o vurğulayıb.
H.Əl-Barrak, həmçinin enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O bəyan edib ki, bu sahə iki ölkə arasında əsas əməkdaşlıq sahələrindən biri olmalıdır.
“2012-ci ildə ölkələrimiz arasında mal dövriyyəsinin həcmi $418 mln. təşkil edib, bu isə ölkələr arasında dəfələrlə artırmaq iqtidarında olduğumuz böyük potensialdan xəbər verir”, - deyə səfir əlavə edib.
Hökumətlərarası Komissiyanın həmsədri olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib ki, iraqlı diplomatın bütün istəklərini müvafiq dövlət strukturlarına çatdıracaq. İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə bildirib ki, protokola daxil edilən bütün məsələlər İraq tərəfi ilə əvvəlcədən razılaşdırılıb.
Ölkələr arasında iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə toxunan N.Səfərov qeyd edib ki, tərəflər əlaqələrin genişlənməsi üçün zəruri tədbirlər görməlidirlər. “Biz İraq şirkətlərini dövlətin maliyyələşdirdiyi layihələrdə iştiraka, həmçinin Azərbaycan şirkətlərini İraq iqtisadiyyatına fəal şəkildə investisiya qoymağa çağırırıq”, - deyə N.Səfərov vurğulayıb.
Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov iclas iştirakçılarına məlumat verib ki, respublikada təhsil alan iraqlı tələbələrin əsas problemi onların diplomlarının İraq ərazisində tanınmasıdır. “Bu problem ölkələrimiz arasında müvafiq sənəd imzalandıqdan sonra aradan qalxacaq”, - deyə o qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli elmi araşdırmalar, xüsusilə neft-kimya sahəsində əməkdaşlığı fəallaşdırmağı təklif edib.
Komissiyanın İraq tərəfindən olan həmsədri, rabitə və əyalət işləri naziri Torhan Müder Həsən Əl-Müfti bildirib ki, onun ölkəsi Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1»in xidmətlərində maraqlıdır.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət