Təhsil Nazirliyi məktəblərin fəaliyyətində ictimaiyyətin rolunu artırmaq niyyətindədir.
“Biz məktəblərin fəaliyyətində valideynlərin rolunun artırılması məqsədilə Təhsil Nazirliyinin ictimaiyyətlə əməkdaşlığı üzrə müvafiq meyarları təqdim etmək istəyirik. Bunun üçün müvafiq mexanizmlər hazırlanacaq”, - deyə təhsil naziri Mikayıl Cabbarov çərşənbə günü Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) iştirakçı şirkətləri ilə görüşdə bəyan edib.
Onun sözlərinə görə, Təhsil Nazirliyi həmçinin bir sıra istiqamətlər üzrə islahatların aparılmasını nəzərdə tutur.
“Biz 30 istiqamətdə islahatlar aparmaq istəyirik. Lakin bütün bunları bir ilin ərzində həyata keçirmək real deyil. Nəzərdə tutduğumuz islahatlar mərhələli şəkildə həyata keçiriləcək”, - deyə nazir qeyd edib.
Təhsil sistemində mövcud problemlərdən danışan M.Cabbarov beş əsas məqamı qeyd edib. Bunlar təhsilin məzmunu, müəllimlərin ixtisas səviyyəsinin artırılması, təhsil sistemində idarəetmənin keyfiyyəti, infrastruktur (təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi) və sadalanan problemlərin həlli üçün maliyyələşdirmə mənbəyi.
“Bütün bu məqamlar “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanan təhsil strategiyasında əks olunub. Bununla əlaqədar həmin strategiyanın reallaşdırılmasına özəl sektorun cəlb edilməsi vacibdir”, - deyə M.Cabbarov qeyd edib.
Nazirin sözlərinə görə, eyni zamanda Azərbaycanda təhsil sistemində idarəetmə sahəsində kadr çatışmazlığı müşahidə olunur. Heç də bütün müəllimlər inzibati fəaliyyətlə məşğul ola bilməz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət