Xarici işlər nazirinin müavini Xələf Xələfov Yeni Zelandiyanın baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi elçisi və bu ölkənin keçmiş baş naziri Cim Bolgerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nzirliyinin mətbuat xidməti məlumat verir.
X.Xələfov Azərbaycanın Avstraliya və Okeaniya regionu dövlətləri ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Yeni Zelandiya ilə əlaqələrin daha da artırılması üçün qarşılıqlı siyasi iradənin və geniş potensialın olmasının məmnunluq doğurduğunu bildirib və bu xüsusda, iki ölkə arasında müxtəlif səviyyəli qarşılıqlı rəsmi səfərlərin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, enerji siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, münaqişənin həllinə dair Azərbaycanın ədalətli mövqeyi və regional proseslər barəsində nümayəndə heyətinə ətraflı məlumat verən X.Xələfov BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi prosesinə verdiyi əsaslı töhfələri vurğulayıb.
C.Bolger Azərbaycanda sürətli və dinamik inkişafın şahidi olduqlarını qeyd edərək, birgə səylərlə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün bütün lazımı şərtlərin olduğunu bildirmiş və Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi uğurlu təcrübəsinin Yeni Zelandiya üçün maraqlı olduğunu deyib.
Görüş əsnasında iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət