İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası (İƏT XİNŞ) Xocalı faciəsinin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınmasına dair mövqeyini növbəti dəfə təsdiq edib. Bu barədə sessiyada iştirak edən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏT GF) nümayəndə heyətinin başçısı Elməddin Mehdiyev məlumat verib.
Cari il dekabrın 9-dan 11-dək Qvineyanın paytaxtı Konakridə İƏT XİNŞ-in 40-cı sessiyası keçirilib. Sessiya zamanı Forum tərəfindən "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bəndin yer aldığı qətnamə təklif olunub.
E.Mehdiyevin sözlərinə görə, həmin bəndə əsasən, İƏT XİNŞ “Xocalıya Ədalət” beynəlxalq kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə çağırır.
“Kampaniyanın təşkilatçıları tərəfindən həyata keçirilən işlər çərçivəsində hələ ötən il Xocalı faciəsi İƏT Parlament İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınıb. İƏT XİNŞ 2012-ci ilin noyabr ayında Cibutidə keçirilmiş sessiyada da faciəni soyqırım kimi tanıyıb. Bu ilin fevral ayında İƏT dövlət başçılarının sammitində isə Xocalı faciəsi növbəti dəfə insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınıb”, - deyə o qeyd edib.
E.Mehdiyev əlavə edib ki, qətnamə, həmçinin GF tərəfindən həyata keçirilən "Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman" beynəlxalq mükafat layihəsini alqışlayıb və üzv dövlətləri bu sahədə GF ilə əməkdaşlıq etməyə çağırıb.
“Bu layihəyə 2011-ci ilin noyabr ayında İƏT GF və Azərbaycan hökumətinin birgə təsisçiliyi ilə Bakıda keçirilən İƏT-ə üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsinin təsis qurultayında start verilib. Tədbirdə ilk mükafatlandırma mərasimini beynəlxalq səviyyədə keçirmək barədə qərar qəbul edilib”, - deyə E.Mehdiyev bildirib.
İƏT XİNŞ 40-ci sessiyada GF-yə 2014-cü ildə İƏT ölkələri Gənclər və İdman Nazirlərinin konfransını təşkil etməyi həvalə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət