Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı partladılmış tunelin minalardan təmizlənməsi prosesində iştirak edə bilər.
“NATO Gürcüstana azərbaycanlı mütəxəssislərin köməyindən istifadə etməyi məsləhət görüb. Bu məqsədlə gürcüstanlı həmkarlarla dialoq aparılır”, - deyə ANAMA-nın əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Bizim ekspertlərimiz bu tunelin sursat qalıqlarından necə təmizlənməsini müəyyənləşdirmək üçün əraziyə baxış keçiriblər. Tuneldə partlayış olub. Dağıntılar altında partlamamış döyüş sursatları qalıb”, - deyə o əlavə edib.
Agentliyin nümayəndəsinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti bu məsələni müzakirə etmək üçün gələn il Azərbaycana gələcək.
“Söhbət tunelin təmizlənməsi yollarının axtarılmasından gedir. Lakin hələ ki, tərəflər arasında heç bir rəsmi sənəd imzalanmayıb. Bu prosesdə ANAMA-nın hansı rol oynayacağı gələcəkdə aparılacaq danışıqlardan asılıdır”,- deyə o qeyd edib.
A.Aslanovuun sözlərinə görə, gələn il Qəbələ radiolakasiya stansiyası ərazisinə də baxış keçirilməsi gözlənilir.
“Lakin bunun üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir. Bu barədə danışmaq hələ tezdir”, - deyə ANAMA nümayəndəsi söyləyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət