Asiya İnkişaf Bankı (AİB) 2014-cü ilin I rübündə 2014-2018-ci illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiyanı təsdiq etməyi planlaşdırır. Bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olly Norojono bəyan edib.
“İyul ayında biz Azərbaycan hökuməti ilə yeni beşillik əməkdaşlıq strategiyasına dair müzakirələr aparmışıq. Hazırladığımız “yaddaş dəftərçəsi” hökumət tərəfindən qəbul edilib. 2014-cü ilin I rübündə AİB-in Direktorlar Şurası Azərbaycan üzrə 2014-2018-ci illəri əhatə edən yeni Strategiyanı təsdiq etməyi planlaşdırır”, - deyə O.Norojono bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda hazırda AİB-in 2014-2016-cı illərdə Azərbaycanda fəaliyyəti üzrə biznes plan hazırlanır. “Bu biznes plan çərçivəsində maliyyələşdiriləcək layihələri hökumətlə artıq razılaşdırmışıq. 2014-cü ilin yanvar ayında biznes plan bankın Direktorlar Şurasına təqdim olunacaq”, - deyə o qeyd edib.
O.Norojono vurğulayıb ki, 2013-cü ildə AİB Azərbaycanda mikro, kiçik və orta müəssisələrə maliyyə dəstəyi göstərmək üçün “Accessbank”a $50 mln. məbləğində kredit ayırıb. Bundan başqa, bank su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $150 mln. məbləğində üçüncü tranşın ayrılmasını təsdiq edib. Bu tranşın vəsaitləri Ağcabədi və Naxçıvan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq.
O.Norojono əlavə edib ki, son üç il ərzində AİB Azərbaycan üzrə kredit portfelini əhəmiyyətli dərəcədə artırıb. “Əgər 2010-cu ildə bizim Azərbaycanda layihələr üzrə aktiv portfelimiz $500 mln. təşkil edirdisə, cari ildə bu göstərici $1,2 mlrd.-a çatıb”, - deyə nümayəndəliyin rəhbəri qeyd edib.
Xəbər verildiyi kimi, bələdiyyə infrastrukturunun formalaşması, nəqliyyat, xidmət və energetika sahələri bankın Azərbaycan üzrə Strategiyasının prioritetləri müəyyən olunub. Bundan başqa, yeni strategiya çərçivəsində AİB Azərbaycanda özəl sektorun, xüsusilə də yerli bankların kreditləşməsi və ticarətin inkişafı üzrə proqramların maliyyələşdirilməsini davam etdirəcək.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın kredit portfeli energetika, nəqliyyat, kənd təsərrüfatı, MKT və özəl sektorun inkişafı sahələrində layihələr üzrə formalaşıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət