Avropa Yəhudi Parlamenti Azərbaycanı dini dözümlülük və tolerantlıq nümunəsi olaraq tanıyıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentin Azərbaycandan olan üzvü, respublikanın xalq artisti, Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski məlumat verib.
“Dekabrın 15-16-da Brüsseldə Avropa Yəhudi Parlamentinin növbəti iclası keçirilib. Bu parlament dini məsələlərlə bağlı hadisələri anlamaq üçün müxtəlif ölkələrin parlamentləri ilə işləyir”,- deyə A.Şarovski bildirib.
Onun sözlərinə görə, parlament üzvlərinin apardığı araşdırma dünyada dini dözümlülüklə bağlı vəziyyətin necə olmasını göstərib.
“Bununla əlaqədar olaraq demək lazımdır ki, tolerantlıq, demokratiya və dini dözmlülüyün dayağı hesab etdiyimiz bir çox ölkələr əslində bu anlayışdan çox uzaqdırlar”,- deyə parlament üzvü vurğulayıb.
“Parlamentin iclasının gündəliyində iki məsələ dururdu: Konstitusiyanın qəbulu, habelə Azərbaycanın islam və iudaizm dinlərinə etiqad edən insanların bir arada sülh şəraitində yaşadığı tolerantlıq və dözümlülük nümunəsi kimi dünya ictimaiyyətinə təqdim edilməsi”, - deyə o bildirib.
Bundan başqa, parlamentari söyləyib ki, parlamentin öz kanalı fəaliyyət göstərir və bu kanalın əməkdaşları Qırmızı qəsəbədə çəkiliş aparıblar. “Filmdə Dağ Yəhudiləri icmasının rəhbəri Boris Semanduyev, eləcə də Milli Məclisin deputatı Yevda Abramov iştirak ediblər. Bundan başqa, filmdə Bakıdakı Avropa yəhudiləri sinaqoqu, Avropa Yəhudiləri icmasının sədri Gennadi Zelmanoviç və sinaqoqun ravvini Şneor Seqal göstərilib”,- deyə A.Şarovski bildirib.
“Filmin nümayişindən əvvəl Azərbaycan parlamentindən dəvət edilmiş deputat Azay Quliyev çıxış edib. O, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışıb, ona çoxlu suallar verilib. Ümumilikdə mən bu günü ölkəmizin triumfu adlandırardım”,- deyə deputat qeyd edib.
“İclas iştirakçıları insanların öz dini baxışlarını nümayiş etdirə bilməmələri məsələsini müzakirə edərkən biz də öz həmkarlarımızla hətta ən qabaqcıl ölkələrdə belə baş qaldıran ksenofobiya halları, bu cür təzyiq faktları ilə mübarizə aparmağın vacibliyi barədə danışmışıq”,- deyə o qeyd edib.
A.Şarovski deyib ki, Azərbaycanın belə dövlətlərə örnək ola bilməsi fikirləri səsləndikdən sonra “telekanalın çəkiliş qrupunun Azərbaycana göndərilməsinə qərar verilib”.
“Biz parlament rəhbərliyinə müraciət etmək istəyirik ki, bu filmi bizə göndərsinlər və onu burada nümayiş etdirək”,- deyə A.Şarovski əlavə edib.
Onun sözlərinə görə, həmçinin “Euronews” telekanalının rəhbəri də iclasa dəvət olunub.
“Ona qarşı çoxlu iddialar irəli sürüldü, bir çox deputaların fikrincə, bu, birtərəfli məlumat yayan telekanaldır”,- deyə A.Şarovski qeyd edib.
“O, özünə bəraət qazandıraraq söylədi ki, kanal müstəqildir, lakin mən öz çıxışımda onunla razılaşmadığımı, tamaşalara quruluş verdiyimi, bu və ya digər süjetin necə hazırlanacağını, cəmiyyətdə necə qarşılanacağını bildiyimi söylədim. Əsas odur ki, Avropa parlamentinin binasında Azərbaycanın səsi ucadan gəlirdi”,- deyə deputat vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət