2014-cü ildə Azərbaycan və İran arasında ticarət dövriyyəsi $1 mlrd. təşkil edə bilər. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin cümə axşamı mətbuat konfransında bəyan edib.
2012-ci ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi $532 mln. təşkil edib. 2014-cü ilin sonunadək biz bu göstəricinin $1 mlrd.-a qədər artacağını gözləyirik”, - deyə diplomat “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 300-ə yaxın İran şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna ümumi investisiyaları 105 mln. avro təşkil edib.
Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Yəhya Əli-İshaq Azərbaycan şirkətlərini İranda fəaliyyət göstərməyə dəvət edib.
“Azərbaycan şirkətlərinin İranda fəaliyyəti üçün yaxşı imkanlar və potensial var. Ölkəmizdə investisiya qoyuluşları üçün imkanlar yaradılıb. Bu, böyük bazardır. 1-2 ildən sonra gəlir gətirəcək layihələr var”, - deyə o qeyd edib.
Y.Əli-İshaqın sözlərinə görə, növbəti beş ildə İran iqtisadiyyatına $700 mlrd.-dan artıq vəsait yatırılacaq. Bunun təxminən $500 mlrd.-ı ölkənin neft-qaz sektoruna yönəldiləcək. İranın qeyri-neft sektoru üzrə illik xarici ticarət dövriyyəsi isə $100 mlrd. təşkil edir.
“Bundan başqa, beynəlxalq “altılıq” və İran arasında nüvə proqramına dair əldə olunmuş razılaşmadan sonra Qərbin neft və qeyri-neft şirkətlərinin İran İslam Respublikasına marağı artmağa başladı. Bütün bunları nəzərə alaraq Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar mövcuddur”, - deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, hər iki ölkə üçüncü ölkələrin bazarlarına da birgə çıxa bilərdi.
“Azərbaycanın keçmiş SSRİ ölkələri ilə yaxşı əlaqələri var. Biz bu bazarlara və İranla qonşu ölkələrin bazarlarına birgə çıxış əldə etmək üçün əməkdaşlıq edə bilərik”, - deyə sədr bildirib.
Onun sözlərinə görə, İran şirkətləri Azərbaycanda qida, sənaye, mühəndislik və texnologiyalar, tikinti materiallarının istehsalı, müalicəvi turizm sahələrində fəaliyyətdə maraqlıdır.
“16-19 dekabr tarixlərində TCCIMA nümayəndə heyətinin Bakıya səfəri zamanı qada sənayesi üçün konveyer avadanlığının Azərbaycana tədarükünə dair saziş imzalanıb, neft-qaz sahəsində əməkdaşlığa dair müəyyən razılıqlar əldə olunub, İrandan ərzaq məhsullarının, tikinti materiallarının tədarükü məsələləri müzakirə edilib”, - deyə o qeyd edib.
Y.Əli-İshaq Azərbaycan və İran arasında mövcud viza rejiminin sadələşdirilməsinə ümid etdiyini bildirib.
“Yerüstü nəqliyyat vasitələri ilə Azərbaycana gələn İran vətəndaşları əvvəlcədən viza almalıdır. Viza 10 gün və ya ən çox bir ay müddətinə verilir. Bu ölkədə biznes qurmaq istəyən iranlı iş adamları üçün bir ay vizasız qalma vacib məsələlərin həlli üçün az müddətdir”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət