ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) yanvarda İsveçrədə toplaşacaqlar. Bu barədə vasitəçilərin dekabrın 15-19-da regiona səfərinin yekunlarına dair ATƏT-in saytında dərc edilmiş məlumatda bildirilir.
Görüşün məqsədi ATƏT-in fəaliyyətdə olan yeni sədri, İsveçrənin xarici işlər naziri ilə məsləhətləşmələrin aparılmasıdır. Bundan sonra həmsədrlər Azərbaycan və Ermənistan XİN başçılarının görüşündə iştirak edəcəklər. Görüş prezidentlər İlaham Əliyev və Serj Sarqsyan arasında danışıqların növbəti raunduna hazırlıq xarakteri daşıyacaq.
Məlumatda qeyd olunur ki, vasitəçilər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son hadisələri müzakirə etmək məqsədilə dekabrın 15-də Bakıda, dekabrın 16-da İrəvanda, dekabrın 17-də isə Dağlıq Qarabağda səfərdə olublar. Prezidentlər və həmsədrlər noyabrın 19-da Vyanada onlar arasında keçirilən görüşün və dekabrın 4-5-də Azərbaycan və Ermənistan XİN başçıları arasında Kiyevdə aparılan danışıqların yekunlarını müzakirə ediblər.
“Onlar (münaqişə tərəfləri – İF-Az) danışıqları 2014-cü ilin yanvar ayında davam etdirməkdə qətiyyətli olduqlarını bildiriblər”, - deyə vasitəçilərin məlumatında bildirilir.
Həmsədrlər qeyd ediblər ki, sərhəddə baş verən zorakılıq aktları sülh perspektivlərini sarsıdır. Onlar tərəfləri gərginlik yarada biləcək addımlardan çəkinməyə və danışıqlar masası arxasında irəliləyişə səbəb olacaq ab-hava yaratmaq üçün çalışmağa çağırıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət