Azərbaycan Respublikası Baş Prokurorluğu “Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, son günlər bəzi beynəlxalq təşkilatlar və onların nümayəndələri uydurma mülahizələrə əsaslanan siyasi maraqlarından çıxış edərək A.Məmmədliyə qarşı əsassız ittihamların irəli sürülməsini və onun dərhal həbsdən azad edilməsini tələb edirlər.
“Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş və müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Respublikasının daxili işlərinə müdaxilələr yolverilməzdir və heç bir hüquqi əsası olmayan bu tələbləri Azərbaycan Respublikasının məhkəmə hakimiyyətinə, o cümlədən məhkəmə hakimiyyəti sisteminə daxil olan Prokurorluq orqanlarının fəaliyyətinə təzyiq kimi qiymətləndiririk”, - deyə bəyanatda bildirilir.
A.Məmmədliyə qarşı irəli sürülən ittihamlar bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyasi fəaliyyəti ilə əlaqədar deyil, yoxlama materialları və digər sübutlara əsaslanır.
A.Məmmədliyə elan edilmiş ittiham bəzi beynəlxalq qurumların iddia etdikləri kimi onun siyasi fəaliyyəti ilə deyil, məhkəmənin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi auditi departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılmış yoxlama nəticəsində Baş Prokurorluğa təqdim etdikləri yoxlama materialları və digər sübutlar əsasında həyata keçirilib.
Bəyanatda bildirilir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın ilkin mərhələsində və yoxlamanın aralıq aktına əsasən toplanan sübutlar şübhələnməyə əsas verir ki, hüquqi qeydiyyatı olmayan «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nin həmtəsisçisi və sədri Məmmədli Anar Asəf oğlu 2013-cü ilin may ayından etibarən rəhbərlik etdiyi qurumun icraçı direktoru Süleymanlı Bəşir Süleyman oğlu ilə birlikdə Amerika Birləşmiş Ştatlarının Milli Demokratiya İnstitutu tərəfindən ayrılmış $276010 məbləğində qrant müqaviləsini dövlət qeydiyyatına alınmış «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin adına rəsmiləşdirilməsi barədə qurumun rəhbəri Məmmədov Elnur Akif oğlu ilə razılıq əldə edib.
Bundan sonra B.Süleymanlının “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin olunmaqla bank hesabına köçürülmüş $163 250 onun vasitəsilə nağdlaşdırılıb götürülməsində, hüquqi şəxs statusu olmadığı halda «Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi»nə ictimai əlaqələr üzrə menecer, hüquqşünas, ekspert və digər vəzifələrə işçi qəbulu elan edib özlərinə, işçilərə, eləcə də layihəyə cəlb edilmiş digər şəxslərə həmin pul vəsaitindən əmək haqqı, xidmət və ofislərin icarə haqqı ödənilməsində, ümumilikdə 109 529 manat məbləğində gəlir əldə olunmaqla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən dövlət büdcəsinə ödənməli olan 19 535 manat məbləğində xeyli miqdarda əlavə dəyər vergisi dövlət büdcəsinə ödənilməyib.
Qeyd olunan faktlarla bağlı A.Məmmədli, B.Süleymanlı və E.Məmmədov Cinayət Məcəlləsinin 192.2.2, 213.1 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunublar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət