2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin inkişafına 3 mlrd. manat vəsait yönəldilib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bazar ertəsi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı məlumat verib.
“Bu investisiyalar paytaxtda və ətraf qəsəbələrdə qaz, elektrik, su təchizatının yaxşılaşdırılması, sosial və digər infrastrukturun yaradılması və təmirinə yönəldilib”, - deyə Ş.Mustafayev bildirib.
Nazirin çıxışının mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, üç il ərzində Bakıda və ətraf qəsəbələrdə 132 min abonent qazla təmin olunub, 39 elektrik yarımstansiyası və 264 transformator tikilib və ya təmir edilib, 62 kilometr qəsəbələrarası yollar təmir olunub, 41 körpü, tunel və piyada keçidi istifadəyə verilib.
Ş.Mustafayev vurğulayıb ki, 2011-2013-cü illərdə Bakıda və ətraf qəsəbələrdə yeni sənaye müəssisələrinin tikintisinə ümumi investisiya qoyuluşu 2 mlrd. manat təşkil edib.
“Bu investisiyalar Bakı gəmiqayırma, müasir tikinti materialları, metal konstruksiyalar, gəmi təmiri, təcrübə-sınaq, sement zavodları və digər sənaye müəssisələrinin tikintisinə yönəldilib. Bundan başqa, bir sıra istehsal və emal müəssisələrinin tikintisi davam etdirilir”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, üç il ərzində paytaxtda 228 hektar neftlə çirklənmiş ərazi rekultivasiya edilib, 1350 hektar sahədə 1,3 mln. ağac əkilib, 408 hektar ərazi abadlaşdırılıb, 53 yeni mədəniyyət və istirahət parkı yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət