Azərbaycanın baş nazirinin müavini Əli Həsənov hesab edir ki, Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş müşahidə olunur.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, Ə.Həsənov Gəncə şəhərində məcburi köçkünlər üçün şəhərciyin istifadəyə verilməsi mərasimində iştirak edib.
“Bu evlər müvəqqəti verilir, onlar öz doğma yudrlarına qayıdana kimi. Hər gün cənab prezident 1 nömrəli problemin həlli istiqamətində irəliyə gedir, prosesdə irəliləyiş var”, - deyə Ə.Həsənov şəhərciyin açılış mərasimində bəyan edib.
Onun sözlərinə görə, qaçqınların bu şəhərciyə köçürülməsi prosesi iki ay müddətində həyata keçiriləcək. Bu səbəbdən məskunlaşma yeni ildən başlanacaq və Novruz bayramına qədər başa çatacaq.
Şəhərcik bütün zəruri infrastrukturla təchiz olunmuş bina kompleksindən ibarətdir. Şəhərcikdə 25 hektar ərazidə 1500 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş 25 beşmərtəbəli yaşayış binası var. Bundan başqa, burada 1200 yerlik məktəb, 280 yerlik uşaq bağçası, Mədəniyyət Evi və işğal altında olan Kəlbəcər rayon İcra Hakimiyyəti üçün inzibati bina yerləşir.
Gəncədə məcburi köçkünlərin sayı 20 min nəfər və ya 5 min ailə təşkil edir. Onların 70%-i yataqxanalarda məskunlaşıb. 1800 ailə tələbə yataqxanalarında yaşayır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət