Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Qara dəniz regionunda 2014-cü il üçün fəaliyyət planı hazırlayıb.
“Balkan ölkələri və Qara dəniz regionu bizim üçün strateji xarakter daşıyır. Buna görə də biz bu regionla əlaqədar 2014-cü ilin fəaliyyət planını hazırlamışıq”, - deyə SAM-ın rəhbəri Fərhad Məmmədov çərşənbə günü 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2”nin həyata keçirilməsi Azərbaycana Qara dəniz regionu və Balkan ölkələrinin vacib tərəfdaşı olmaq imkanı verəcək.
F.Məmmədov qeyd edib ki, fəaliyyət planı təsdiq olunmaq üçün Prezident Administrasiyasına təqdim edilib.
F.Məmmədov “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən söyləyib ki, Azərbaycanın enerji resurslarının ixracında Qara dəniz regionu və Balkan ölkələri coğrafi mövqeyinə görə əhəmiyyətli rol oynayır.
“İlk növbədə bu region “Böyük İpək Yolu” üzərində yerləşir və nəqliyyat infrastrukturu nöqteyi-nəzərindən bizim maraqlarımıza daxildir. Region Azərbaycanın enerji resurslarının ixracında böyük rol oynayır. Bizim bu regiondakı bütün ölkələrlə sıx əlaqələrimiz var. Bu il TANAP layihəsi üzrə imzalanmış müqavilə, daha sonra TAP layihəsinin seçilməsi bu regionu ölkəmiz üçün daha da əhəmiyyətli edib. Artıq bu regionda - Ukrayna, Moldova və Rumıniyada Azərbaycan tərəfindən investisiya qoyuluşları həyata keçirilib”,- deyə F.Məmmədov bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycan Balkan ölkələrində enerji infrastrukturuna investisiya qoymağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət