Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə səyləri ilə formalaşdırılmış Əməkdaşlıq Şəbəkəsi və vətəndaş cəmiyyəti institutlarının görüşü olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Görüşün keçirilməsində məqsəd Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə QHT-lər arasında əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə bu sahədə yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.
Tədbirdə çıxış edən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynov qeyd edib ki, 5 sentyabr 2012-ci il tarixində Azərbaycan Respublikası prezidenti “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Onun sözlərinə görə, Milli Fəaliyyət Planında dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi nəzərdə tutulub. Bununla əlaqədar Əməkdaşlıq Şəbəkəsi yaradılıb.
“Fəaliyyətə başladığı gündən QHT-lərlə əməkdaşlıq komissiyanın prioritet vəzifəsidir. Konkret olaraq qeyd edə bilərəm ki, komissiyanın keçirdiyi test imtahanlarında, eləcə də namizədlərin qiymətləndirilməsi prosesində QHT və vətəndaş cəmiyyəti nümayəndələri müstəqil ekspertlər qismində iştirak edirlər. Beləliklə, müstəqil ekspertlər bu prosesdə tərəflərdən biri kimi çıxış edirlər”, - deyə V.Hüseynov bildirib.
Görüşün yekunları üzrə iştirakçılar “Polisə Dəstək” İctimai Birliyinin lideri Şəmsəddin Əliyevi Əməkdaşlıq Şəbəkəsinin koordinatoru seçiblər.
İclas çərçivəsində komissiya tərəfindən göstərilən elektron xidmətlərin təqdimatı keçirilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət