“İnterfaks-Azərbaycan” agentliyinin Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli ilə müsahibəsi
- ÜDM-in artım templəri Azərbaycanın inkişafı üçün kifayətdirmi? Bütövlükdə iqtisadiyyatda hansı tendensiyalar müşahidə olunur?
- Ənənəvi olaraq hər ilin sonunda ötən ilin konkret şəxs, ailə və bütövlükdə ölkə üçün nə ilə yadda qaldığı nəzərdən keçirilir. Lakin mən iqtisadi inkişaf dinamikasını qiymətləndirmək üçün zaman diapazonunu genişləndirmək istərdim. Son 10 il ərzində Azərbaycan iqtisadi artım tempinə görə dünya liderləri səviyyəsinə çatıb. Beynəlxalq maliyyə institutlarının hesabatları buna dəlalət edir. Mübaliğəsiz demək olar ki, ölkəmiz bir çox makroiqtisadi göstəricilərə görə Avropanın yüksək inkişaf etmiş ölkələri ilə rəqabət aparır. Rəqəmlərə müraciət edək. Məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində hesabat dövründə ÜDM 3,4 dəfə, adambaşına ÜDM 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb! Biznes və investisiyalar üçün yaradılan əlverişli mühit 2010-cu ildə $17,6 mlrd., 2011-ci ildə $20 mlrd. və 2012-ci ildə $22,1 mlrd. məbləğində investisiya qoyuluşlarını təmin edib. Ümumilikdə bu üç il ərzində iqtisadiyyatın inkişafına $60 mlrd. vəsait yatırılıb. Son 10 il ərzində milli iqtisadiyyata kapital qoyuluşları $130 mlrd.-ı ötüb. Bu, böyük rəqəmdir.
İqtisadiyyatda islahatların hazırki mərhələsinin fərqləndirici cəhəti onun şaxələndirilməsidir. Əsas diqqət qeyri-neft sektoruna ayrılır. Yol tikintisi, kənd təsərrüfatı, informasiya texnologiyaları sahəsində iri layihələr həyata keçirilir. Son illər ərzində qeyri-neft sektoruna investisiya qoyuluşlarının 18,7 dəfə artması faktı həyata keçirilən islahatların bu istiqamətinin prioritet təşkil etməsindən xəbər verir. Bundan başqa, ölkədə yaradılan iş yerlərinin sayı artıq 1,1 mln.-u ötüb. Bölgələrdə isə 869 min iş yeri yaradılıb. Beləliklə, məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2%-dək azalıb.
Bu nailiyyətlər əhalinin sosial müdafiə sisteminin modernləşməsinin etibarlı əsasını təmin edib. 90-cı illərin əvvəlində qocalara və əlillərə sosial dəstəyin göstərilməsi, sosial ödənişlərin və güzəştlərin verilməsi ilə məhdudlaşan bu sahə hazırda keyfiyyətcə mühüm dəyişikliklərə məruz qalıb. Hazırda bu sahə sosial müvəffəqiyyətsizliyin profilaktikasına, əhalinin sosial cəhətdən zəif qruplarının dəstəklənməsinə yönələn geniş tədbirlər sistemini təqdim edir.
- Bu keyfiyyətli dəyişikliklər nədən ibarətdir? İqtisadi nailiyyətlər sadə vətəndaşların həyat səviyyəsinə necə təsir edib?
- Əhalinin sosial müdafiəsi üzrə səmərəli sistemin formalaşması Azərbaycanda yalnız yeni sosial iş konsepsiyası deyil, həm də lazımi kadrların hazırlanması, sahənin infrastrukturunun inkişafı, informasiya texnologiyalarının tətbiqi, sosial xidmətlərin fəaliyyətinin təmin olunması ilə bağlı məsələlərin normativ-hüquqi tənzimlənməsinin təmin edilməsi üzrə böyük səylər tələb edib. İldən ilə dövlət büdcəsindən sosial sahəyə ayrılan vəsaitlərin həcminin artması onlarla məsələni həll etməyə imkan verir. Son bir neçə il ərzində ölkənin dövlət büdcəsi haqlı olaraq sosial yönümlü hesab edilir. Əvvəllər olduğu kimi, onun əsasını əhalinin rifahının yaxşılaşdırılması və vətəndaşlar qarşısında sosial öhdəliklərin yerinə yetirilməsi prinsipləri təşkil edir. Cari ilin avqust və sentyabr aylarında əmək pensiyaları, sosial müavinətlər və əhalinin demək olar ki, bütün təbəqələrinin əmək haqqının artımı bunu sübut edir. Təkcə pensiya artımı 1,2 mln. pensiyaçını əhatə edib. Müharibə veteranları, şəhid ailələrinin üzvləri, məcburi köçkünlərin müavinətləri əhəmiyyətli dərəcədə artırılıb. Müəllimlərin, tibb işçilərinin, sosial müdafiə, elm, mədəniyyət, gənclər və idman sahələrində çalışanların əmək haqqı artıb. Ümumilikdə qeyd olunan sahələrdə təxminən 700 min nəfər ailə büdcəsinin real artımını hiss edib. Bu yaxınlarda dövlət qulluqçularının da əmək haqları əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa, cari ildə hökumət əhalinin sovet dövründən qalan əmanətləri üzrə bütün borcları ödəməyə müvəffəq olub.
Cari ilin yanvar-noyabr aylarında adambaşına nominal gəlirlər 3471,7 manat təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 6,5% çoxdur.
“Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Heç kim yoxsul olmamalıdır”, - bir neçə il öncə prezident İlham Əliyev ölkədə sosial siyasətin əsas məqsədlərdən birini belə ifadə edib. Həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi 6%-ə qədər azalıb. Bir neçə il əvvəl isə bu, ikirəqəmli göstərici idi.
2013-cü ildə BMT-nin İnkişaf Proqramının “İnsan inkişafı haqqında” hesabatında Azərbaycanın inkişaf indeksinin orta statistik artım tempinə görə postsovet məkanında lider olması ölkəmizdə sosial siyasətin uğurlu olmasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Sosial müdafiə sisteminin təkmilləşdirilməsi sosial hamiliyin müasir formaları və sosial xidmətlərin növlərindən istifadəni nəzərdə tutur. Söhbət 2006-cı ildən etibarən reallaşdırılan Aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardım proqramından gedir. Əgər əvvəllər ünvanlı sosial yardımın orta aylıq məbləği 60 manata qədər təşkil edirdisə, hazırda bu məbləğ ailənin hər üzvü üçün 120 manata çatır. Gələn il bu məbləğ daha da artacaq, çünki “ehtiyac meyarı”nın həcmi 100 manata qədər artırılıb. Son məlumatlara görə, hazırda 120 mindən artıq aztəminatlı ailə dövlətdən bu cür yardım alır.
Azərbaycanda prezident təqaüdçüsü institutunun yaradılması da sosial dəstəyin yeni formalarına aiddir. Bu gün iqtisadiyyat, təhsil, səhiyyə, elm, mədəniyyət sahələrinin inkişafına böyük töhfə verən 35 min nəfər prezident təqaüdü alır.
Sosial sahədə vətəndaşlara sovet dövründə qoyulmuş əmanətlərin qaytarılmasını başa çatmaqda olan ilin əlamətdar hadisəsi hesab etmək olar. Bu kampaniya rekord dərəcədə qısa müddətdə və yüksək əmsalla həyata keçirilib. Cari ilin dekabr ayının 1-nə olan vəziyyətə görə, 1,6 mln. vətəndaşın hesabı üzrə təxminən 600 mln. manat məbləğində kompensasiya ödənilib.
- Son illərdə respublikada əlillərə sosial hamilik və əlilliyin profilaktikasına xüsusi diqqət ayrılır...
Siz haqlısınız, bu istiqamətdə həm yeni yaşayış binalarının tikintisi, yerli xəstəxanalarda pulsuz müalicənin təşkili, həm də reabilitasiya mərkəzlərinin modernləşdirilməsi sahəsində əlillərin sosial müdafiəsi üzrə çox iş görülüb. Son beş il ərzində Bakıda və ölkənin müxtəlif regionlarında əlillər üçün 5 min mənzil və fərdi ev istifadəyə verilib. Bundan başqa, əlillərə son model minik avtomobilləri verilir. Reabilitasiya üçün infrastrukturun yaradılmasına da xüsusi diqqət ayrılır.
Respublikada reabilitasiya müəssisələri şəbəkəsinin inkişafı ayrı mövzudur. Bu günlərdə Bakının Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olub. Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzinin, Bilgəh qəsəbəsində müharibə və əmək veteranları üçün pansionatın ikinci korpusunun, həmçinin Zabrat qəsəbəsində 50 yerlik yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacağın tikintisi başa çatır. Yaxın vaxtlarda bu obyektlərin istifadəyə verilməsi gözlənilir.
Bundan başqa, paytaxt qəsəbəsində İnsan alveri qurbanlarına Yardım Mərkəzi və sığınacağın, Qobustan qəsəbəsində keçmiş məhbusların Sosial Adaptasiya Mərkəzinin, Gəncə, Şəki və Masallı rayonlarında əlillər üçün texniki vasitələrin təmiri üzrə emalatxanaların, Mingəçevir şəhərində Çernobıl əlillərinin ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin, Gəncə, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlarında kimsəsiz uşaqlar üçün reabilitasiya mərkəzlərinin tikintisi üzrə bütün layihə-smeta sənədləri hazırlanıb. Gələn il bu obyektlərin inşasına başlanılacaq.
- Necə düşünürsünüz, ünvanlı sosial yardım proqramından imtina etmək və tammiqyaslı “Özünüdəstək” layihəsinə keçməyin zamanı gəlməyibmi?
- Ünvanlı sosial yardım cəmiyyətdə sosial gərginliyin azaldılması amillərindən və aztəminatlı ailələrə dəstək formalarından biridir. Əslində bu, aztəminatlı vətəndaşların minimal tələblərini təmin etmək iqtidarında olan passiv yardım formasıdır. Bu gün insanların təşəbbüskarlığına, onların potensialının reallaşdırılması üçün şəraitin yaradılmasına diqqət ayrılır. Bu baxımdan “Özünədəstək” layihəsi bu məsələnin həlli üçün son dərəcə səmərəli üsul kimi qiymətləndirilir.
Dövlətdən ilkin kapital alan aztəminatlı ailələr fərdi mini-biznes qurur, gəlir əldə edir, maddi vəziyyətlərini yaxşılaşdırır, statuslarını dəyişirlər. Hələlik “Özünədəstək” layihəsi respublikanın 13 pilot rayonunda həyata keçirilir. Burada 270-dən çox ailə iştirak edir. Monitorinq göstərib ki, eksperiment iştirakçılarının 96%-i reabilitasiyadan uğurla keçib və kiçik sahibkar olublar. Bu, layihənin yüksək səmərəliliyindən xəbər verir. Gələcəkdə bu layihənin miqyası genişləndiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət