Rus milliyyətindən olan vətəndaşlar Azərbaycanda milli azlıqlar arasında əksəriyyəti təşkil edir. Bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycanın tolerant ölkə kimi multikulturalizm ənənələrinə malik cəmiyyəti var:
Onun sözlərinə görə, Azərbaycan dövləti milli, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq hamını bütün maddi-mənəvi dəyərlər, qanunlar qarşısında bərabər elan edib.
“Eyni zamanda Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Məhz milli və dini tolerantlıq Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ruslar ölkəmizin milli-mədəni zənginliyinin mühüm tərkib hissəsi, xalqımızın mədəni sərvətlərinin vacib daşıyıcılarındandırlar”,- deyə o qeyd edib.
Ə.Həsənov söyləyib ki, bu gün Azərbaycan dövlətinin yeritdiyi siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsin.
Bununla belə o, ayrı-ayrı postsovet ölkələrində yaşayan azərbaycanlıların eyni xoş münasibətlə üzləşmədiyini qeyd edib: “Bəzən orada azərbaycanlıların milli-vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzən dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edir. Bax, bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusilə fərqlənir”,- deyə Ə.Həsənov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət