2014-cü ildən Azərbaycanda sümük iliyinin transplantasiya əməliyyatları aparılacaq. Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
“2014-cü ildə Azərbaycanda sümük iliyinin transplantasiya əməliyyatlarının aparılmasına başlanacaq. Bununla əlaqədar Respublika Talassemiya Mərkəzində hazırlıq işləri tamamlanmaq üzrədir”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ seansları ilə təmin olunduğu 30 tibb mərkəzi fəaliyyət göstərir.
“Bundan başqa, böyrəkköçürmə əməliyyatlarının sayı artıb. Xüsusilə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub”, - deyə o əlavə edib.
“Əgər 2003-cü ildə 6,8 ton qan tədarük edilmişdirsə, 2013-cü ildə isə bu rəqəm 30,1 tona çatıb. Hazırda tibb müəssisələrinin donor qanına olan ehtiyacı tam ödənilir”, - deyə E.Ağayev qeyd edib.
Onun sözlərinə görə, talassemiya və hemofiliya ilə mübarizədə mühüm uğurlar əldə olunub. Bir sıra proqramların reallaşdırılması nəticəsində xəstələrin ömür müddəti əhəmiyyətli dərəcədə artıb. Talassemiyadan ölüm göstəricisi 5, hemofiliyadan isə təxminən 2 dəfə azalıb.
Nazir müavini vurğulayıb ki, cari ildə dağınıq skleroz xəstələrinin elektron registri yaradılıb. “Cari ildən etibarən bu xəstələrin ilk dəfə olaraq yüksəkeffektli dərman preparatları ilə pulsuz təmin olunmasına başlanılır”, - deyə o qeyd edib.
E.Ağayev əlavə edib ki, “Onkoloji xəstəliklərə qarşı mübarizəyə dair 2014-2024-cü illər üçün Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət