“Bank VTB” (Azərbaycan) ASC üç il ərzində istehlak kreditləri üzrə portfeli 5 dəfə artırmağı planlaşdırır. Bu barədə bankın məlumatında qeyd olunur.
Məlumatda vurğulanır ki, “Bank VTB” (Azərbaycan) ASC-nin istehlak kreditləri üzrə portfeli 2013-cü il dekabrın 1-nə 86 mln. 425,7 min manat təşkil edir, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
1 dekabr 2013-cü il tarixinə bankın kredit portfeli 167 mln. 346,2 min. manata bərabərdir (1 dekabr 2012-ci il tarixinə olan göstərici ilə müqayisədə artım 50%).
Bankın depozit portfeli 28 mln. 393,1 min manat təşkil edir (artım təxminən 5 dəfə).
Dekabrın əvvəlinə bankın məcmu kapitalı 45 mln. 888,1 min manata bərabərdir (artım 3 dəfə).
“Yaxın üç ildə biz ölkə banklarının TOP-siyahısına daxil olmaq niyyətindəyik. Lakin bu daha tez bir zamanda baş verə bilər. Belə ki, “VTB Bank” (Azərbaycan) beynəlxalq VTB Qrupunun bir hissəsidir və Azərbaycanda biznesin inkişafı sahəsində ciddi planları var. Biz bankın kredit portfelini əhəmiyyətli dərəcədə artırmağı nəzərdə tutmuşuq. Məsələn, pərakəndə kreditləşmə portfelinin həcmini 5 dəfə artırmaq niyyətindəyik. Müvafiq artım nəticəsində “VTB Bank” (Azərbaycan) riteyl üzrə lider banklar siyahısına daxil olmalıdır. Bizim korporativ kreditləşmə sahəsində də böyük iddialarımız var”, - deyə məlumatda “Bank VTB” (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksandr Yeryominə istinadən qeyd olunur.
Azərbaycan Mərkəzi Bankı 2009-cu ilin mart ayında “Bank VTB” (Azərbaycan) ASC-yə bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “Bank VTB” ASC-yə, 48,99% “AtaHolding” şirkətlər qrupuna, 0,01% fiziki şəxsə aiddir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət