“Alfa Sığorta” şirkəti Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əməkdaşlarını könüllü tibbi sığorta üzrə sığortalayıb. Bu barədə şirkətin məlumatında deyilir.
ARDNF əməkdaşlarının tibbi sığortası üzrə sığorta xidmətlərinin tədarükçüsünün seçiminə dair tender prosedurunu başa çatdırıb. Tender Komissiyasının qərarı ilə “Alfa Sığorta” şirkəti qalib elan edilib.
“1997-ci ildən etibarən ölkənin sığorta bazarında təmsil olunan “Alfa Sığorta” şirkəti son il ərzində əsaslı şəkildə yenilənib. Kapitalın 40%, toplanan sığorta haqlarının təxminən iki dəfə artması, kadr potensialının güclənməsi və institusional inkişafa yönələn digər tədbirlər sığorta xidmətlərinin alıcıları tərəfindən sığorta şirkətinə olan marağı kəskin şəkildə artırıb. ARDNF-in elan etdiyi tenderdə qalib gəlmə qısa müddət ərzində nail olunan irəliləyişin daha bir göstəricisidir”, - deyə məlumatda vurğulanır.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
“Alfa Sığorta” 1997-ci ildə lisenziya alıb. Şirkətin yeganə səhmdarı "Bank Technique” ASC-dir. Şirkətin nizamnamə kapitalı 7,78 mln. manata bərabərdir. “Alfa Sığorta” 35-dən çox icbari və könüllü sığorta növü üzrə xidmətlər təqdim edir.
2013-cü ilin yanvar-noyabr aylarında “Alfa Sığorta” şirkəti 5 mln. 163,326 min manat sığorta haqqı əldə edib, 1 mln. 238,703 min manat məbləğində ödəniş həyata keçirib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət