Qarşılıqlı hörmət, ər və arvad sədaqəti, uşaqlar, məhəbbət, yaxşı mənzil şəraiti və maddi imkan – bu gün uğurlu Azərbaycan ailəsinin əsas əlamətləri məhz bunlar hesab olunur. Bunu «Rəy» Monitorinq Mərkəzinin keçirdiyi ümumrespublika ictimai rəy sorğusunun nəticələri göstərir. Sorğuya ölkənin 36 yaşayış məntəqəsində 1600 nəfərə yaxın respondent cəlb olunub.
Respondentlərin 99,1%-i qarşılıqlı hörməti, 98,5%-i ər və arvad sədaqətini, 96,0%-i uşaqları, 93,6%-i məhəbbəti, 92,3%-i yaxşı mənzil şəraitini, 91,3%-i maddi imkanı, 46,7%-i intim münasibətlərdən məmnunluğu, 54,7%-i bərabər sosial vəziyyəti, 40,7%-i valideynlərdən ayrı yaşamağı, 48,1%-i əyləncə və dostlara vaxt ayırmaq imkanını uğurlu ailənin əsas əlamətləri hesab edir.
Təxmin edildiyi kimi, xanımların və kişilərin firəvan ailə barədə təsəvvürləri fərqlidir: birincilər üçün uşaqların mövcudluğu, maddi imkan, ər və arvadın bir-birinə qarşılıqlı hörməti və mənzil şəraitinin yaxşı olması vacibdirsə, güclü cinsin təmsilçiləri üçün gəlirlər və maddi rifah daha az rol oynayır.
Respondentlərin yaşı az olduqca onlar daha romantik cavablar veriblər, ailədə əsas xoşbəxtliyin məhəbbət və intim münasibətlərdən məmnunluq olduğunu qeyd ediblər. Respondentlərin yaşı artdıqca qarşılıqlı hörmət və anlaşma daha çox dəyərləndirilib.
Qadınların fikrincə, ailədə uşaqların gözlənilən sayı orta hesabla 2,9, arzu edilən sayı isə («şərait olarsa, nə qədər uşağınızın olmasını arzu edərdiniz?») - 3,8 təşkil edir.
Məlum olduğu kimi, əhalinin sıfır artımını təmin etmək üçün ailədə uşaqların minimal sayı 2,3 olmalıdır. Deməli, ölkənin demoqrafik perspektivləri ilk baxışdan pis görünmür. Lakin təəssüf ki, respondentlərin cavablarının müfəssəl təhlili bu mənzərəni əhəmiyyətli şəkildə dəyişir.
35-44 yaş arasında olan qadınların 20 il bundan əvvəl 20 yaşdan da gənc olduğunu nəzərə alaraq, ayrı-ayrı yaş qrupları üzrə doğumun incəliklərini nəzərdən keçirək. Eyni yanaşmanı 25-35 yaş arasında olanlara da şamil edək. (Əslində bu o qədər də doğru yanaşma deyil, çünki insan yaşlandıqca və sosial faktorlar dəyişdikcə, demoqrafik davranış da dəyişir: doğum səviyyəsi aşağı düşür).
Yaşı 24-dək olan xanımların sözlərinə əsasən, onlar orta hesabla 2,4 uşaq sahibi olmaq fikrindədir, bütövlükdə isə zərif cinsin təmsilçiləri 3,5 övlad dünyaya gətirmək niyyətindədirlər.
Bu arada 25-34 yaş qrupuna aid xanımlar orta hesabla 2,1 uşaq, 35-44 yaşlı qadınlar isə 2,3 uşaq dünyaya gətiriblər.
Başqa sözlə, reproduktiv davranış modelləri arzu olunan 3,5 uşaqdan real olaraq dünyaya gətirilən 2,3 uşaq göstəriciləri arasında dəyişir.
“Rəy” Monitorinq Mərkəzi doğuma təsir göstərən dini amilə də diqqət çəkib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət