Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Elbara” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Bu barədə komitənin məlumatında deyilir.
Araşdırma zamanı müəyyən edilib ki, kulinariya məmulatları reseptura olmadan gözəyarı hazırlanır, müəssisənin akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi mövcud deyil, mütəmadi olaraq sınaq üçün laboratoriyaya nümunələr təqdim olunmur, mətbəxdə kifayət qədər soyuducu olmasına baxmayaraq, məhsullar düzgün yerləşdirilmir, soyuducuda mal qonşuluğu gözlənilmir, temperatur rejiminə düzgün əməl olunmur. Bundan başqa, mətbəxdə çalışan personalın heç bir gigiyenik norma və qaydaya əməl etmədiyi, yeməklərin bir neçə gün öncədən bişirilərək soyuducuda saxlanıldığı və təzə bişirilmiş kimi müştərilərə təqdim olunduğu müşahidə edilib. Tələb olunan normativ hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.
Müəssisədə hazırlanan yeməklərə orqanoleptiki baxış keçirilib, ət farşı, paytaxt salatı, fransız salatı, ətli blinçikdən nümunələr götürülərək komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib.
Araşdırmalar davam edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət