Masallı rayonunun Boradigah qəsəbəsində alternativ enerji ilə işləyən idman kompleksi istifadəyə verilib. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu, Azərbaycanda ilk belə kompleksdir.
İdman kompleksi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən inşa olunub. Elektrik enerjisinin verilməsi kompleksin damında quraşdırılan 70 kVt gücə malik 280 günəş paneli ilə təmin olunur.
“Digər obyektlərdən fərqli olaraq bu yeni bina günəş enerjisi hesabına elektriklə tam təchiz olunur”, - deyə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov bəyan edib.
Onun sözlərinə görə, günəş panelləri vasitəsilə alınan enerjinin bir hissəsi xarici şəbəkəyə daxil olur, qalan hissəsi isə bilavasitə kompleksin elektrik enerjisi ilə təmin olunması üçün istifadə olunur.
“Ümid edirik ki, Azərbaycanın müxtəlif regionlarında bu cür binaların istifadəsi gənclərin idmana, eləcə də yeni texnologiyalara böyük marağına səbəb olacaq, Azərbaycanın enerji sistemində yeni dəb yaradacaq”, - deyə C.Məlikov qeyd edib.
İdman kompleksində mini-futbol, voleybol, basketbol, həndbol, güləş üzrə yarışların keçirilməsi üçün şərait yaradılıb. Gələcəkdə kompleksin ərazisində stadion və otelin tikintisi nəzərdə tutulur.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət