“FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı 2014-cü ildə kredit portfelini 10% - $220 mln.-a qədər artırmağı planlaşdırır. Bu barədə təşkilatın əməliyyat meneceri Nəzakət Aslanova bazar ertəsi mətbuat konfransında bəyan edib.
“Hazırda portfelimiz $190 mln.-a bərabərdir. 2014-cü ilə portfelin 10% artımını planlaşdırırıq”, - deyə N.Aslanova bildirib.
BOKT-nin İdarə Heyətinin sədri Timoti Tarrant məlumat verib ki, 15 illik fəaliyyət dövrü ərzində “FINCA Azerbaijan" müştərilərə $1,5 mlrd. məbləğində kredit verib.
Bazar ertəsi BOKT-nin 150000-ci müştərisinin müküfatlandırma mərasimi keçirilib. Həmin şəxs Naxçıvan Muxtar Respublikasının sakini Məryəm Məmmədova olub.
“Şirkətimizin müştərilərinin sayı 150 minə çatıb, onların 86%-i regionlardadır. Biz əldə etdiklərimizlə kifayətlənmək niyyətində deyilik və gələcək illərdə müştərilərin sayını artırmağı planlaşdırırıq”, - deyə T.Tarrant bildirib.
“FINCA Azerbaijan” 1998-ci ildə təsis edilib və Azərbaycanın mikromaliyyə bazarının liderlərindən biridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət