2013-cü ildə Azərbaycanın dövlət kapital qoyuluşlarının həcmi rekord səviyyəyə - 7 mlrd. manata yaxın çatıb. Bu barədə maliyyə naziri Samir Şərifov cümə axşamı Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bəyan edib.
Nazirin çıxışının mətni cümə günü rəsmi mətbuatda dərc olunub.
“Həmin vəsaitdən enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulmasına 3 mlrd. 743 mln. manat, sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına isə 2 mlrd. 37 mln. manat yönəldilib”, - deyə S.Şərifov bildirib.
Onun sözlərinə görə, dövlət investisiyaları strukturunda 262 mln. manat Naxçıvan Muxtar Respublikasında infrastrukturun yaxşılaşdırılmasına, 873 mln. manat digər layihələrin maliyyələşdirilməsinə yönəldilib.
Nazir vurğulayıb ki, 2013-cü ildə ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı sahəsinə, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına təxminən 754 mln. manat məbləğində vəsait sərf edilib.
S.Şərifov əlavə edib ki, Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 mlrd. 74 mln. manat vəsait yönəldilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət