“İnterfaks-Azərbaycan” agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla müsahibəsi
-Cənab Kərimov, yanvarın 15-də ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının bir ili tamam olacaq. Belə mərkəzlərin yaradılmasında əsas ideya nədən ibarətdir?
-Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin yaradılması ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin məntiqi nəticəsidir. Dövlət vətəndaşların həyat şəraitinin və sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində siyasət həyata keçirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, dövlət siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır.
“ASAN xidmət” vətəndaşlara dövlət xidmətlərinin göstərilməsi sahəsində innovativ addım olub, onların rifahının yaxşılaşdırılması və insan hüquqlarının təmin edilməsinə yönəldilmiş sistemli sosial islahatların bariz nümunəsidir. Xidmətin fəaliyyəti əsasən əhalinin tələbatının ödənilməsi üçün şəraitin təmin edilməsinə, korrupsiya ilə mübarizəyə, müasir texnologiyaların tətbiqinə, eləcə də dövlət qulluqçuları və vətəndaşlar arasındakı münasibətlərə yeni keyfiyyətli yanaşmanın formalaşdırılmasından ibarətdir.
- “ASAN xidmət” mərkəzləri hansı xidmət növlərini göstərirlər?
“ASAN xidmət” mərkəzlərində 9 dövlət strukturu tərəfindən 25 növ, həımçinin özəl şirkət və müəssisələr tərəfindən 22 növ funksional yardımçı xidmət göstərilir. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 150 növə yaxın xidmət göstərilir.
Əlavə xidmətlər göstərilməsinin məqsədi bir neçə məsələni eyni zaman və məkanda həll etməkdir. Bütün bunlar vətəndaşların xərclərinin azalmasına, vaxta qənaəti, eləcə də xidmət alarkən şəffaflığı və rahatlığı təmin edir.
Bundan başqa, 108 “Çağrı” mərkəzinə zəng etməklə göstərilən xidmətlər barədə məlumat əldə etmək olar. Qeyd etmək istərdim ki, bütün respublika ərazisində stasionar telefonlardan zənglər pulsuz həyata keçirilir. Bununla yanaşı, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti haqqında www.asan.gov.az internet saytında, eləcə də Facebook, Twitter, İnstagram kimi sosial şəbəkələrdə məlumat almaq olar.
Müxtəlif dövlət strukturlarının xidmətlərini bir yerə toplamaq və innovasiya texnologiyaları vasitəsi ilə əhaliyə təqdim etmək ideyası “ASAN xidmət – xalqa xidmət” anlayışı ilə eynilik təşkil edir.
-Hazırda ölkə ərazisində neçə mərkəz fəaliyyət göstərir?
-Fəaliyyətə başladığımız bir il ərzində “ASAN xidmət”in beş mərkəzi istifadəyə verilib. Onlardan üçü Bakıda, ikisi Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərir.
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı daha bir neçə “ASAN xidmət” mərkəzinin açılmasına, həmçinin göstərilən xidmətlərin sayının artırılmasına dair göstəriş verib.
Artıq fevral-mart aylarında paytaxtın Sabunçu qəsəbəsində “ASAN xidmət” mərkəzi istismara veriləcək. Bundan sonra Bakı sakinləri yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq bizim xidmətlərimizdən istifadə edə biləcəklər.
Yeni mərkəzlər iqtisadi və coğrafi baxımdan böyük əhəmiyyətə malik olan regionlarda açılacaq. Artıq 2014-cü ilin sonuna qədər xidmət şəbəkəsi bütün respublika ərazisini əhatə edəcək. Beləliklə, yaşayış yeri üzrə müraciətlərə qoyulan məhdudiyyətlər aradan qaldırılacaq, vətəndaşlar yaxınlıqda yerləşən “ASAN xidmət” mıərkəzlərinə müraciət edə biləcəklər.
Fəaliyyət göstərdiyimiz bir il ərzində “ASAN xidmət” mərkəzlərinə 900 mindən çox vətəndaş müraciət edib ki, onlar da yüksək standartlara cavab verən xidmətlərimizdən istifadə edə biliblər. “ASAN xidmət” mərkəzlərinin işi özünü doğruldub və ən qısa vaxt ərzində əhali tərəfindən bəyənilib. Bu xidmətlərdən istifadə edən insanların söylədikləri müsbət fikirlər belə deməyə əsas verir.
-İndiki mərhələdə “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda əhaliyə xidmət məsələsi necə həll olunur?
- Dövlət başçısının tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda əhaliyə səyyar xidmətlər göstərilir. Səyyar “ASAN xidmət” “ASAN” brendinin əsas tərkib hissələrindən biridir. Biz lazımi avadanlıqla təchiz edilmiş xüsusi avtobuslar vasitəsi ilə yerlərdə əhaliyə xidmət göstəririk. Bu, dövlət xidmətlərinin göstərilməsi sahəsində unikal təcrübədir.
Qeyd edim ki, indiyə qədər səyyar “ASAN xidmət” vasitəsi ilə respublikanın 37 rayonunda 60 minə yaxın insana xidmət göstərilib.
Yaxın günlərdə paytaxt sakinləri üçün də səyyar xidmətlərin göstərilməsi nəzərdə tutulub. Beləliklə, vətəndaşlar öz iş və ya yaşayış yerlərini tərk etmədən xidmət üçün qanunla nəzərdə tutulmuş rüsumu ödəməklə bu xidmətlərdən istifadə edə bilərlər. Vurğulamaq istərdim ki, əlillər və məhdud fiziki imkanlara malik uşaqlar üçün xidmətlər pulsuz olacaq. Bu, bizə dövlət xidmətlərindən istifadə imkanlarını daha da genişləndirməyə kömək edəcək.
- “ASAN xidmət”in yaradılması vətəndaş-məmur münasibətlərində hansı dəyişikliklərə gətirib çıxarıb?
-Yaradıldığı gündən agentlik ümidləri doğruldaraq bu münasibətləri yaxşılığa doğru dəyişib və əhalinin tələbatının ödənilməsi üçün bir çox işlər görüb. Hüquqi xidmətlər daha operativ və keyfiyyətli şəkildə göstərilir, əhalinin tələbatı daha yüksək səviyyədə təmin edilir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsi, dövlət orqanlarına etimad, eləcə də bu sahədə institusional islahatların səmərəliliyi artır.
“ASAN xidmət” mərkəzlərinin yaradılması dövlət idarəçiliyi sistemində yeni mərhələ açdı. Bu, həm də peşəkar və etik normalara riayət edən gənc dövlət qulluqçuları nəslinin yetişməsinə təkan verdi.
-Sirr deyil ki, agentliyin yaranması həm ölkədə, həm də xaricdə böyük maraqla qarşılandı. Bunu nə ilə izah edə bilərsiniz?
- Ötən ilin əvvəlindən “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması dövlət xidmətlərinin göstərilməsində müsbət dəyişikliklərə səbəb olan dönüş nöqtəsi oldu. Mərkəzlərin gənc olmasına baxmayaraq, bzi artıq öz təcrübəmizi ixrac etməyə hazırıq, çünki “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycanın yeni brendidir.
Bu təcrübənin özünəməxsus hüququ strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən bəyənilib. Təsadüfi deyil ki, nüfuzlu dünya KİV-ləri, eləcə də beynəlxalq təşkilatlar “ASAN xidmət”in qabaqcıl təcrübəsini dövlət xidmətlərinin göstərilməsində “Azərbaycan modeli” kimi xüsusilə qeyd edirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət