Dövlət Sərhəd Xidməti tərəfindən 2013-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 32 nəfər saxlanılıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Onların 12 nəfəri Azərbaycan, 10 nəfəri Özbəkistan, 4 nəfəri Gürcüstan, 2 nəfəri Tacikistan, 2 nəfəri Nigeriya, 1 nəfəri İran İslam Respublikası, 1 nəfəri Ukrayna vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 10 nəfər, Xəzər dənizində 20 halda 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Məlumatda qeyd olunur ki, dekabr ayında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 210 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 11,493 kiloqram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 153,380 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 3 ədəd pnevmatik tapança, çoxlu sayda pirotexniki vasitə, 1 kiloqramdan artıq qızıl və zinət əşyaları, həmçinin müxtəlif dərman preparatları, spirtli içki və s. saxlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət