“PAŞA Sığorta” şirkəti 2013-cü ildə sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
Hesabat ilində “PAŞA Sığorta” 53 mln. 730,447 min manat və ya bütün sığortaçıların 2013-cü il ərzində əldə etdiyi sığorta haqlarının 13,24%-i həcmində sığorta haqqı toplayıb.
2013-cü ilin yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “AzSığorta” (42 mln. 101,586 min manat), “Azərsığorta” (40 mln. 951,681 min manat), “Atəşgah” (37 mln. 488,491 min manat), “Paşa Həyat Sığorta” (34 mln. 966,780 min manat), “Atəşgah Həyat” (23 mln. 742,171 min manat), “Standard Insurance" (18 mln. 150,048 min manat), "AXA Mbask" (17 mln. 305,470 min manat), “İpək Yolu Sığorta” (17 mln. 127,502 min manat) və “Beynəlxalq Sığorta Şirkəti” (13 mln. 446,969 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 23 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2013-cü ildə ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 27 mln. 428,655 min manat və ya sığortaçıların bütün ödənişlərinin 22,33%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına "Atəşgah" (15 mln. 242,861 min manat), “Azərsığorta” (13 mln. 249,160 min manat), “AzSığorta” (9 mln. 421,271 min manat), "AXA Mbask" (8 mln. 231,302 min manat), “Standard Insurance” (8 mln. 197,613 min manat), "A-Qroup" (6 mln. 815,478 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (5 mln. 580,558 min manat), “Bakı Sığorta” (3 mln. 699,381 min manat) və “Xalq Sığorta” (3 mln. 398,059 min manat) daxildir.
2013-cü ilin hesabat dövründə 28 sığorta şirkəti ödəniş həyata keçirib. 20 sığorta şirkəti 1 mln. manatdan artıq məbləğdə ödəniş edib.
Xəbər verildiyi kimi, 2013-cü il ərzində sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 405 mln. 672,514 min manat, ödənişləri 122 mln. 804,276 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət